İrlandiyalılardan İsrailə etiraz Rəqib oyunçularla görüşmədilər
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
UEFA Millətlər Liqasının 2-ci turunun İsrail - İrlandiya oyununda qonaq komandanın futbolçuları nominal meydan sahibləri ilə görüşməkdən imtina edib.
“Qafqazinfo” xəbər verir ki, Macarıstanın Debretsen şəhərində keçirilən qarşılaşmada himnlər oxunduqdan sonra irlandiyalılar israilli oyunçularla görüşməyiblər.
Bundan başqa onlar İsrail himni səslənərkən başlarını aşağı əyiblər. Həmçinin oyuna qolunda qara sarğı ilə çıxıblar.
Hətta matçdan əvvəl irlandiyalılar oyuna çıxmamaq barədə də federasiya ilə müzakirə aparıblar.
Qapıçı Qevin Bazunu isə bu oyunda iştirakdan imtina edib. Bütün bunlara səbəb isə Qəzzada baş verən hadisələrdir.
Qeyd edək ki, matç İrlandiyanın 3:0 hesablı qələbəsi ilə bitib.




Baxış sayı:99
Bu xəbər 28 Sentyabr 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















