Icma.az
close
up
RU
“İrlandiyanı xilas edin, Makqreqora səs verin” Konor iddialıdır

“İrlandiyanı xilas edin, Makqreqora səs verin” Konor iddialıdır

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Yarımyüngül və yüngül çəkilərdə keçmiş ikiqat UFC çempionu irlandiyalı Konor Makqreqor sosial şəbəkələrdə 2025-ci ildə ölkəsində keçiriləcək prezident seçkiləri ərəfəsində emosional paylaşım edib.

İdman.biz xəbər verir ki, o, 2025-ci ildə İrlandiyada 300-dən çox sosial evin inşasını başa çatdırıacağını bildirib.

Makqreqor hamısını öz pulu ilə etdiyini xüsusi vurğulayıb:
"Yalandan deyirlər (yeni məsələ deyil) ki, bu evlər almaq imkanı ilə kirayə verilir. Yalan tez yayıldı, insanlar da buna inandılar və başdan-ayağa yalan olsa belə, sanki real fakt kimi mənə hücum etməyə çalışdılar. İnsanlar oyanmalı və illərdir mənə qarşı davam edən sistemli hücumu dərk etməlidirlər. Tikdiyim bütün evlər mənim üçün çox vacib olan İrlandiyada mənzil böhranını həll etmək üçün sosial xarakterlidir".

Bu işlərin ona çətinliklə başa gəldiyini deyən 36 yaşlı idmançı sözlərinə belə davam edib:
"Mən gecə-gündüz dəfələrlə yerlərdə olmuşam, ən həssas insanlarla bağlı bu təşəbbüslərin çoxuna kömək etmişəm və dəstəkləmişəm. Sosial ev tikmək işində qazanc, demək olar ki, sıfırdır və mənə bu layihələri həyata keçirməməyi tövsiyə etmişdilər. Üstəlik, mənfəət olmadan layihələri ən yaxşı şəkildə başa çatdırmaq olduqca risklidir. Amma indi evsiz və ya hostellərdə qalan ailəyə kömək etmək hissi... Öz evinizin olması qiymətsizdir! Bunu illərdir edirəm! Evlər tikib onları Milad gününə qədər çatdırmağı bacardım ki, evsiz uşaqları olan ailələr evlərini məhz Milad bayramında alsınlar. Bu möcüzəvi hissdir!"

Makqreqor əsl irlandiyalı olduğunu fəxrlə bildirib:
"İstədiklərini deyə, sözlərimi dəyişdirə, haqqımda yalan danışa bilərlər, amma alınmayacaq. Mən real biriyəm. Əsl irland qanı! Ölkəm üçün son damla canımı verərəm. Tanrım, ailəm, ölkəm! Makqreqora səs verin və sizə deyirəm ki, İrlandiyanın mənzil böhranı, evsizlik böhranı, qeyri-qanuni immiqrasiya böhranı, Oireachtasdakı korrupsiya və məsuliyyətsizlik hamısı düzələcək!"

Yekunda o, irlandiyalıların ona səs vermələrini istəyib:
"Böyük uğurlar vəd edirəm! Bu məsələlərdə nüfuzum inanılmaz dərəcədə güclüdür. Bu məsələlərin hər birini dəstəkləmişəm və hakimiyyətdə olanların səriştəsizliyini dəfələrlə vurğulamışam. Bu vacibdir. Ölkəmizi xilas etmək üçün dəstəyinizə ehtiyacım var. İrlandiyanı xilas edin, Makqreqora səs verin!”

Qeyd edək ki, İrlandiyada prezident seçkiləri 2025-ci ilin noyabrında keçiriləcək. Bundan əvvəl Konorun ölkə prezidentliyinə namizədliyini irəli sürmək istəyi barədə məlumat yayılmışdı.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Fevral 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri