Icma.az
close
up
RU
İRS Heritage jurnalının ingilis dilində növbəti sayı işıq üzü görüb

İRS Heritage jurnalının ingilis dilində növbəti sayı işıq üzü görüb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycanın zəngin tarixi və mədəni irsini dünyaya tanıdan “İRS-Heritage” jurnalının yeni nömrəsi işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, bu nömrədə Azərbaycanın mədəni irsi, etnoqrafik tarixi, arxitekturası və rəngkarlığı haqqında maraqlı məqalələr yer alıb.

Xurşidbanu Natəvanın Şuşanın içməli su ilə təchizatındakı fəaliyyəti ilə bağlı məqalə diqqəti cəlb edir. Xan qızı Natəvan ədəbi yaradıcılıq və incəsənət nümunələri yaratmaqla yanaşı, xeyriyyəçilik işləri ilə də məşğul olmuşdur. Doğma Şuşanın tikinti-quruculuq, məktəb, məscid, körpülərin tikinti-bərpa işlərinə dəstək verib. Əhalinin su qıtlığından əziyyət çəkdiyini görən Natəvan xanım 1893-cü ildə İsa bulağından Şuşaya su xətti çəkdirib. Dövrümüzə qədər gəlib çatan “Xan qızı” bulağı bu xeyirxah xanımın yadigarı kimi həmişəlik yaddaşlarda qalıb. Bu barədə geniş məqaləni jurnalın bu nömrəsindən oxuya bilərsiniz.

XIX əsrin sonunda Bakıda neft bumu ilə əlaqədar şəhərin arxitekturasında güclü inkişaf prosesləri başladı. Klassika, barokko, qotika üslubunda tikilən evlərdən başqa art novo adlanan modern stildə olan layihələr sürətlə yayılmağa başladı. Qərbi Avropadan qaynaqlanaraq Bakıda reallaşan bu tendensiya tez bir zamanda neft milyonçuları arasında məşhurlaşdı. “İRS-Heritage” jurnalının yeni nömrəsində bu modern üslublu evlər haqqında canlı foto-səyahət oxucuların marağına səbəb olacaq.

İRS jurnalının ingilis dilində dərc olunan bu nömrəsində oxucular Azərbaycanda tarixi möhürlər, Azərbaycan mətbuatının yaranmasının 150 illiyi ilə bağlı araşdırma, yapıncı haqqında etnoqrafik yazı, rəngkarlıq, Şəkinin turizm potensialı haqqında fotoreportajla tanış ola biləcəklər.

Həmişə olduğu kimi jurnalın bu nömrəsi də Azərbaycanın zəngin tarixini, incəsənətini və elmi nailiyyətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır. Oxucular yeni buraxılışla İRS jurnalının rəsmi saytında tanış ola bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see141

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see136

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see128

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see128

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see127

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see126

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri