Icma.az
close
up
RU
“İRS Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb

“İRS Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 16 fevral, AZƏRTAC

Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişaf mərhələlərini beynəlxalq auditoriyaya təqdim edən “İRS-Heritage” jurnalının ingilis dilində növbəti nömrəsi nəşr olunub.

AZƏRTAC xəbər verir ki, jurnalın baş redaktoru Musa Mərcanlının giriş məqaləsində Azərbaycan xalqının Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin beş illiyi, postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri və regionda formalaşan yeni reallıqlar təhlil edilir.

Nömrənin əsas mövzularından biri Misirin Ayn Şams Universitetinin professoru Ahmad Sami Elaydi tərəfindən qələmə alınmış “İkinci Qarabağ müharibəsindən beş il sonra: Qələbə, bərpa və sülhə aparan yol” adlı analitik məqalədir. Yazıda Azərbaycanın hərbi-siyasi Qələbəsinin regional təhlükəsizlik, iqtisadi inkişaf və sülh perspektivləri baxımından əhəmiyyəti geniş şəkildə şərh olunur.

Jurnalın “Diqqət mərkəzində – Azərbaycan” bölməsində Perunun San-Markos Milli Universitetinin Asiya Araşdırmaları Mərkəzinin direktoru, professor Carlos Aquino Rodriguez tərəfindən hazırlanmış məqalədə Orta Dəhlizin – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun qlobal ticarətdə artan rolu araşdırılır. Müəllif Azərbaycanın Şərqlə Qərb arasında strateji nəqliyyat-logistika qovşağı kimi mövqeyini xüsusi vurğulayır.

İncəsənət bölməsində Aysel Salamovanın “Mirzə Qədim İrəvani və onun yaradıcılıq irsi” adlı məqaləsi təqdim olunub. Materialda XIX əsr Azərbaycan təsviri sənətinin banilərindən olan sənətkarın portret janrının inkişafındakı rolu, realist üsluba keçid mərhələsi və bədii irsi elmi aspektdən təhlil edilir.

Tarix bölməsində britaniyalı tədqiqatçı İan Peartın məqaləsində Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların taleyi, xüsusilə Xocalı faciəsi, məcburi köçkünlərin xatirələri və müharibədən sonrakı dirçəliş prosesi təsvir edilir.

Jurnalın “Keçmişdən gələnlər” bölməsində tarix üzrə fəlsəfə doktoru Məlaikə Hüseyn tərəfindən qələmə alınmış “Məmməd ağa Şahtaxtlı. Azərbaycan jurnalistikasının görkəmli nümayəndəsi” adlı məqalə yer alıb. Materialda XIX–XX əsrin əvvəllərində Azərbaycan milli mətbuatının formalaşmasında mühüm rol oynamış maarifçi ziyalının publisistik fəaliyyəti, elmi baxışları və ictimai fikrin inkişafındakı xidmətləri geniş tarixi faktlar əsasında təhlil olunur.

Jurnalın arxeologiya bölməsində Zəminə Rəsulova tərəfindən qələmə alınmış Şəkinin Fazil kəndi və Təpəbaşı nekropolu ilə bağlı məqalədə Azərbaycanın qədim maddi-mədəni irsini əks etdirən arxeoloji tapıntılar və elmi araşdırmalar yer alıb.

“Azərbaycanı kəşf edirik” rubrikasında isə Səbinə Tumanskayanın “Sim: fantaziya dünyasında” adlı məqaləsi yer alıb. Yazıda Azərbaycanın təbiət və mədəniyyət baxımından özünəməxsus məkanlarından biri oxucuya fərqli, bədii-publisistik üslubda təqdim edilir, ölkənin turizm potensialı və estetik cazibəsi ön plana çəkilir.

Qeyd edək ki, “İRS-Heritage” jurnalının ingilis dilində nəşr olunan nömrələri dünyanın müxtəlif ölkələrində elmi, mədəni və akademik dairələrdə yayılaraq Azərbaycanın zəngin tarixi və mədəni irsinin beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfə verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Fevral 2026 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri