Icma.az
close
up
RU
“İRS” silsiləsindən yeni nəşrlərin təqdimatı olub AZƏRTAC

“İRS” silsiləsindən yeni nəşrlərin təqdimatı olub AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 24 dekabr, AZƏRTAC

Dekabrın 24-də Bakıda “İRS” silsiləsi çərçivəsində 2024-cü ildə nəşr edilən kitabların təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

“İRS” Nəşriyyat Evinin baş redaktoru Musa Mərcanlı bildirib ki, bu gün hamımız mədəni irsimizin, mədəniyyətimizin, incəsənətimizin işığına toplaşmışıq. O, bu il nəşriyyat evi tərəfindən müxtəlif dillərdə çap olunmuş kitablar haqqında məlumat verib. Vurğulayıb ki, nəfis tərtibatı və yüksək bədii-estetik görünüşü ilə diqqəti cəlb edən nəşrlərdə Azərbaycanın tarixi, mədəniyyəti, milli irsi dünyaya müxtəlif dillərdə təqdim olunur.

Artıq 13 ildir kitab nəşri ilə məşğul olduqlarını bildirən M.Mərcanlı bu il işıq üzü görən beş kitab – “Qarabağ yeni sətirdən”, “COP29: Yaşıl ümid rəngidir”, “Şirvanşahların bininci yılı”, "Şuşa” və “Kralın Kitabı” haqqında məlumat verib. Bildirib ki, birinci kitab məhz Qarabağın dirçəlişi ilə bağlıdır. Kitabda doğma, əziz Qarabağda aparılan tikinti, quruculuq, bərpa işləri, insanların qayıdışı barədə məlumatlar öz əksini tapıb.

“Ümumilikdə Qarabağla bağlı 10-a yaxın kitab nəşr etmişik. Qarabağın mədəniyyəti, tarixi, incəsənəti o qədər zəngindir ki, onlar haqqında yazmaq, gələcək nəsillərə çatdırmaq olduqca vacibdir. Bizim bu gün nəşr etdiyimiz kitabların siyahısında miniatür əsərləri də qeyd etmək istəyirəm. Bu da sözügedən istiqamətdəki silsilə kitabların ikincisidir. Bundan əlavə, COP29 zamanı buraxdığımız kitab yeddi dildə nəşr olunub”.

Baş redaktor diqqətə çatdırıb ki, “İrs” jurnalı artıq 25 ildir işıq üzü görür və 20 dildə dünyaya yayımlanır. Jurnal ölkəmizin mədəniyyətini, tarixini, coğrafiyasını Azərbaycan hüdudlarından kənarda tanıtmaq, orada yaşayan çoxsaylı soydaşlarımızı yenidən öz köklərinə qaytarmaq məqsədilə nəşr olunur. Bu dərgi Azərbaycanın mədəniyyəti, tarixi, etnoqrafiyası, xüsusilə də, ən əsası, Qarabağ məsələsi, erməni təcavüzü ilə bağlı əsl həqiqətləri işıqlandırmağı və xarici ölkələrə yaymağı qarşıya məqsəd qoyub. Jurnalımızın bir özəlliyi də hər kəslə məhz doğma dilində “dil tapması”dır. “İrs”in materialları əsasında kitablar da buraxılır. “İrs” seriyası ilə ildə 2-3 kitab işıq üzü görür. Bu il isə bu seriyadan beş kitab hazırlanıb. Bunlar bir növ ensiklopedik nəşrlərdir. Burada “İrs” jurnallarında çap edilmiş materialların daha geniş işlənmiş, əhatəli tədqiqatı yer alır. Bu ensiklopedik “İrs” kitabları Azərbaycanın xaricdə tanıdılması istiqamətində yeni səhifə açıb.

Eldar Rəsulovun moderatorluğu ilə davam edən tədbirdə "Paşa Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov və başqaları çıxış edərək “İRS” Nəşriyyat Evinin mədəniyyətimizin dünyada tanıdılması istiqamətində gördüyü işləri yüksək qiymətləndiriblər.

Bildirilib ki, “Qarabağ yeni sətirdən” kitabında da vurğulandığı kimi, bu gün Qarabağda böyük bərpa-quruculuq işləri həyata keçirilir. Bu gün tariximizin ən şərəfli günlərini yaşayırıq. Artıq 30 illik həsrətdən sonra torpaqlarımız, Qarabağımız, mədəniyyətimizin beşiyi Şuşa azaddır. Bütün dünyaya bəyan edirik ki, bu torpaqların əsl sahibləri bizik. Hazırda burada mədəniyyətimizi, ruhumuzu, milli kimliyimizi qaytarmaq istiqamətində böyük işlər görülür, oralar canlanır. Bu kitablar vasitəsilə dünya Ermənistanın işğal dövründəki qeyri-qanuni əməllərindən, cinayətlərindən xəbərdar olacaq.

Vurğulanıb ki, “İRS” seriyasından nəşr olunan kitablar Azərbaycanın tarixi-mədəni zənginliyini müxtəlif dillərdə oxuculara çatdırır. Natiqlər yeni nəşrlərin ərsəyə gəlməsində əməyi keçən yaradıcı heyətə uğurlar arzulayıblar.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2024 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri