İş adamı dəfn puluna görə atasının meyitini 2 il şkafda gizlətdi
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yaponiyada kişi 2023-cü ilin yanvarında 86 yaşında dünyasını dəyişən atasının ölümünü iki il gizlədib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Tokioda Çin restoranının sahibi Nobuhiko Suzuki dəfn mərasimlərinin xərcindən yayınmaq üçün atasının cəsədini şkafda saxlayıb.
O, bir həftəyə yaxın öz müəssisəsinin açmayıb və bu, qonşuların narahatlığına səbəb olub. Bundan narahat olan qonşular onun sağ olub-olmadığını yoxlamaq üçün polisə müraciət ediblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları iş adamının evinə gəlsələr də, onun əvəzinə şkafda atasının qalıqlarını aşkar ediblər. Həmin şəxs dərhal saxlanılıb və hazırda istintaq aparılır. Suzuki mərhumun pensiya ödənişlərini qeyri-qanuni almaqda günahlandırılır. O, atasının ölümü barədə hakimiyyət orqanlarına xəbər vermədən təqaüdü almağa davam edib.
Dindirilmə zamanı iş adamı maddi sıxıntıya görə dəfn mərasimini təşkil etməkdən imtina etdiyini deyib. Yerli dəfn xidmətlərinə görə, Yaponiyada bir dəfnin orta qiyməti təxminən 15 min 433 manat təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 29 Aprel 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















