Icma.az
close
up
RU
İş adamının 4 milyonu ələ keçirildi Biri federasiya prezidenti olub

İş adamının 4 milyonu ələ keçirildi Biri federasiya prezidenti olub

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda iş adamının milyonlarla pulu ələ keçirilib. Şikayət əsasında biri keçmiş idman federasiyası prezidenti olmaqla, 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dəstə üzvləri iş adamı Quvat Beybutovun 4 milyon manatdan çox pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunurlar.

2022-ci ilə kimi Sindo-ryu və Pençak Silat Federasiyasının prezidenti olmuş Ceyhun Əşrəfov və tanışları-Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun birgə dələduzluq əməli barəsində Baş Prokurorluğa əsaslı materiallar daxil olub.

Şikayətlə bağlı aparılan araşdırma nəticəsində məlum olub ki, Ceyhun Əşrəfov yuxarıda adları qeyd olunan tanışları ilə birlikdə Quvat Beybutova yalan vəd verib. Belə ki, onlar iş adamını Nəsimi rayonunda yerləşən 968-ci məhəllədəki fərdi yaşayış evlərinin sökülməsi və əvəzində çoxmərtəbəli binanın tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazənin alınacağına inandırıblar.

Məsələnin həll edilməsi üçün isə dəstə üzvləri Q.Beybutovdan hissə-hissə olmaqla ümumilikdə 4 milyon 19 min manat alıblar. Lakin onlar verdikləri vədə əməl etməyib, nəticədə xüsusilə külli miqdarda dələduzluq cinayəti törətmiş olublar.

Prokurorluq zərərçəkmişə vurulmuş ziyanın 1 milyon 442 min manatı ödətdirilib. C.Əşrəfov barəsində bir neçə gün əvvəl məhkəmə qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. Digərləri - Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanov isə həbs edilib.

Qeyd edək ki, zərərçəkmiş iş adamı Quvat Beybutov bir neçə il əvvəl deputatlığa namizəd olub.

Sail Ağasəlim

Fotoda: Quvat Beybutov

Fotoda: Ceyhun Əşrəfov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Dekabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri