Icma.az
close
up
RU
İş müraciətində uğur qazanmağın yolları Namizədlər bunları mütləq etməlidir

İş müraciətində uğur qazanmağın yolları Namizədlər bunları mütləq etməlidir

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Uğurlu karyera hər kəsin arzusudur. Hamı yaxşı müəssisədə işləyib, daha çox pul  qazanmaq istəyir. Uğurlu karyeranın ilk pilləsində isə uğurlu iş müsahibələri dayanır. Amma aydındır ki, bütün müsahibələr heç də hər zaman uğurlu alınmaya bilir.

Bu siyahıda hətta dünyaca məşhur olan şirkət rəhbərlərinin adları da var. Bəzən kifayət qədər istedadlı, bacarıqlı və təcrübəli biri iş müsahibəsindən kəsildiyi halda, ondan daha az biliyə və bacarığa malik olanı uğur qazanır.

News24.az xəbər verir ki, mövzu ilə bağlı “Talent Staff and Business Solutions” şirkətinin rəhbəri, HR üzrə mütəxəssis Sevda Quliyeva "Yeni Sabah"a bildirib ki, hər bir şirkətin öz fəaliyyətə istiqamətinə və tələb olunan vəzifəyə uyğun müxtəlif meyarlar olur:

“Müşahidələr onu göstərir ki, işəgötürənlər ilkin olaraq, namizədlərin şirkətin strukturuna və ehtiyac duyulan vəzifələrə uyğun olmasına diqqət yetirirlər. Namizəd şirkətin korporativ maraqlarına uyğun və şəxsi keyfiyyətləri yüksək olmalıdır.

Bəzi hallarda anlaşılmazlıqlar mümkün ola bilər. Əfsus, bəzən namizədlər öz CV-lərində məlumatları tam qeyd etmir. Məsələn, yüksək səviyyədə dil biliyi tələb olunur, amma müsabiqədə bunun aşağı olduğu nəzərə çarpır. Yaxud CV-də müxtəlif bacarıqlar və iş təcrübəsi qeyd edilir, lakin sonra məlum olur ki, sözügedən bacarıqlar yoxdur. Ola bilər ki,namizədin yüksək ali təhsili olsun, amma nəzərə alınmalıdır ki, hər sahənin öz tələbi var.

Əvvəldə qeyd etdiyim kimi, namizəd şirkətin strateji hədəflərinə və korporativ mədəniyyətinə mütləq şəkildə uyğun olmalıdır. Hər şirkətin öz qayda-qanunlar var və həmin onlara əsasən işçi seçimini həyata keçirir. Əgər şirkət yüksək səviyyədə bir quruluşdursa, onun tələbləri də maksimum dərəcədə yüksək olur. Yeni fəaliyyətə başlayan şirkətlərdə isə vəzifədən asılı olaraq, ilkin kadrlara şans verilir, yaxud verilmir.

Bəzi riskli məqamlar var, kor-koranə şans yaradılmır. Namizədin şəxsi keyfiyyətləri, davranışları və keçmişi buna icazə verməlidir. İnsanlar var ki, müsahibə zamanı heç özünü düzgün ifadə etməyi belə bacarmır”.

Sevda Quliyeva qeyd edib ki, namizəd və işəgötürən bir sıra məsələlərdə ortaq məxrəcə gəlməyi bacarmalıdır:

“Bəzi hallarda istər dövlət, istərsə də özəl sektor kadr seçimi zamanı öz yaxınlarına üstünlük verir. Bu isə beyin köçünə səbəb olan amildir. Yaxud işçi seçimi zamanı əlavə imtahanlar salınır. Namizəd illərlə bu sahənin təhsilini alıbsa və müəyyən bacarıqları varsa, ona aidiyyəti olmayan hansısa fənlərdən imtahan verməsi zəruri deyil. Bu potensial kadrların cəlb olunmasında kifayət qədər çətinlik yaradır. Həmçinin güvən barədə şirkətlərin bir çoxu öz qohum və tanışlarına yönəlir. Biznes və sahibkarlıq sahəsi elədir ki, burada insanlar çox əziyyətlə bunu formalaşdırırlar. Onların dövlət qarşısında müxtəlif vergi öhdəlikləri və xərcləri var. Bunları nəzərə alaraq, şirkətlər yeni başlayan bir gəncə riskə gedib yüksək əməkhaqqı verə bilmir.

Yalnız o halda yüksək əməkhaqqı verilir ki, namizəd vəzifə tələbində qeyd olunan funksiyaları vicdanla yerinə yetirsin və göstəriciləri yüksək olsun. Ancaq bu hallarda ona vəd olunan əməhaqqı verilə bilir. Mən təklif edirəm ki, öncədən müsahibəyə gedən namizəd artıq öz potensialını bilirsə, müəyyən ortaq məxrəcə gəlməsi üçün çalışmalıdır. Həmçinin bu kimi razılaşmalar bağlanan müqavilədə də əks olunsa, hər iki tərəf üçün daha rahat olar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 Noyabr 2024 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see216

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see197

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see196

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see151

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see149

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see125

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri