Icma.az
close
up
RU
İş və şəxsi həyat arasında necə balans yaradaq?

İş və şəxsi həyat arasında necə balans yaradaq?

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müasir dünyada iş və şəxsi həyat arasında balans yaratmaq bir qədər çətin məsələdir desək, yanılmarıq. Hətta bəzi insanlar müxtəlif səbəblərə görə iki işdə çalışırlar. Bu da onların iş və şəxsi həyat arasındakı balansı pozur. İnsanların iş mühitində ən çox şikayətləndiyi nüanslardan biri də “ işdən özümə vaxt ayıra bilmirəm” düşüncəsidir. Nə edək ki, işlə şəxsi həyatımız arasındakı balansı qoruyaq?

News24.az işlə şəxsi həyatı balanslaşdırmağın yollarını sizin üçün araşdırdı. 

İş və şəxsi həyatı balanslaşdırmaq üçün vaxtı düzgün idarə etmək vacibdir. Nəzərə almalıyıq ki, hər şey eyni anda vacib deyil, hansı tapşırıqların daha önəmli olduğuna nəzər salmaq daha effektiv ola bilər. Vaxtı idarə etmək üçün gündəlik və həftəlik planlar qurmaq iş və şəxsi həyat arasında vaxtı bölməyə yardım edir. Yəqin ki, “pomodoro” texnikasını eşitmisiniz. Bu texnika vasitəsi ilə 25 dəqiqə işə fokuslanıb, 5 dəqiqə fasilə edərək daha effektiv çalışmış olacaqsınız. Başqa bir metod isə “eisenhower matrisi" istifadə etməkdir. Təcili və vacib tapşırıqları ayırd etmək üçün bu metodu tətbiq etmək olar.

İş və şəxsi həyatı balanslaşdırmağın bir digər yolu sərhədlər təyin etməkdir. Bunun üçün iş və ev zonanızı ayırın. Məsələn, bəzi insanlar işdən sonra iş mesajlarını cavablandırmayaraq, şəxsi vaxtını qurban verməmək üçün “xeyr” deməyi öyrənərək  bu metoddan istifadə edir. Təbii ki, bunları etməyin sizi yorub-yormamasına baxa bilərsiniz. 

Bir çoxlarımız nə işdən əvvəl, nə də sonra idmanla məşğul olmuruq. Amma həm işin, həm də günün stresindən uzaq olmaq üçün enerji artıracaq bir digər seçim idman etməkdir. Bundan əlavə iş və şəxsi həyatda balans tarazlığında sağlam qidalanma, yetərli yuxu da önəmli rol oynayır. Sağlam qidalanma yorğunluğu azaldır və məhsuldarlığı artırır, yuxu keyfiyyəti isə iş performansını və şəxsi həyat keyfiyyətini yaxşılaşdırır.

İş və şəxsi həyat arasında balans yaratmaq üçün yalnız vaxtı düzgün idarə etmək kifayət deyil. Stressi idarə etmək və psixoloji sağlamlığa diqqət yetirmək də eyni dərəcədə vacibdir. Stresi idarə etmək üçün meditasiya və nəfəs texnikalarından istifadə etmək olar. Belə ki, gündə cəmi 5-10 dəqiqə sakit bir mühitdə nəfəs məşqləri etmək stressi azaldacaq və iş məhsuldarlığına müsbət təsir edəcək. İşdə stresi azaltmaq üçün isə hər 90 dəqiqədən bir qısa fasilə vermək daha məhsuldar işləməyə kömək edəcək. Çünki uzun saatlarla fasiləsiz işləmək beynin yorulmasına səbəb olur. Onu da qeyd edək ki, işdən birbaşa evə getmək yerinə  açıq havada vaxt keçirmək, gəzintiyə çıxmaq və ya parkda oturmaq beyninizi dincəldərək daha müsbət düşünməyə kömək edəcək.

Aydındır ki, insanın işdəki məhsuldarlığını azaldan vasitələrdən biri də özünə vaxt ayıra bilməməsidir. Elə ona görə də, şəxsi həyat və sosial münasibətlərə vaxt ayırmaq sizi emosional cəhətdən daha güclü edəcək. Özününzü yaxşı hiss etdikdə həm işdə, həm də şəxsi həyatınızda daha aktiv olacaqsınız. Ancaq iş mühitində olmaq, yaxud da ancaq özününüzə vaxt ayırmaq yerinə balansı qorumaq  peşəkar uğur qazanmağa, həm də şəxsi həyatınızı dəyərləndirməyə imkan yaradacaq.

Nəticədə daha sağlam, xoşbəxt və məhsuldar bir həyat tərziniz olacaq. Ona görə də nə ancaq iş mühitində qalmaq , nə də ancaq özünüzə vaxt ayırmaq yerinə balansı doğru şəkildə tərtib etməyə çalışa bilərsiniz.  /valyuta.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 Mart 2025 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri