Icma.az
close
up
RU
İsa Həbibbəylidən xoşum gəlir, nazirin bütün dediklərini bloknotuna yazır

İsa Həbibbəylidən xoşum gəlir, nazirin bütün dediklərini bloknotuna yazır

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Etibar Əliyev

***

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov azpolitika.info saytına geniş müsahibə verib. Misir müəllim maraqlı danışıb.

Ona verilən suallardan 2-si xüsusilə diqqətimi çəkdi.

Sual: Elm və Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra İnstitutda keyfiyyət baxımından hansı dəyişikliklər olub?

Misir Mərdanovun cavabı: Elm və Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra açığı, keyfiyyət baxımından hələlik ciddi bir dəyişiklik olmayıb.

Misir müəllimlə qətiyyən razı deyiləm. Bəs Elm və təhsil nazirinin siz institut direktorlarını toplayıb söylədiyi mühazirələri niyə nəzərə almırsınız? Ona indiyə qədər bir sual olsun belə veribsinizmi? Emin məllimin sizlərə elmin fəlsəfəsi barədə verdiyi bilgilər iş deyilmi? Söhbət elmdə komparativ yanaşma, silloqizm, elmi nəticələrin ölçülməsi, ekzistensional riskər, aşağı- yuxarı verifikasiyadan, sinergetik dünyagörüşün formalaşmasından gedir. Mənim İsa Həbibbəylidən xoşum gəlir, nazirin bütün dediklərini bloknotuna yazır.

Sual: Nazir Emin Əmrullayev bu günlərdə deyib ki, indiki problemlər 20 il əvvəl yol verilən nöqsanlarla bağlıdır. Söhbət elm və təhsildəki hansı nöqsanlardan gedir?

Nazir 20 il əvvəlki neqativ hallar deyərkən, layiq olmayan şəxslərin elm, təhsil sahəsinə gətirilməsini, diplomların rüşvətlə verilməsini nəzərdə tutur...

Misir Mərdanovun cavabı: Emin Əmrullayevin "indiki problemlərin səbəbi 20 il əvvəl yol verilən nöqsanlardır" fikri ilə bağlı sualınıza gəlincə qeyd etmək istəyirəm ki, bu məsələni nazirlə müzakirə etmişik. Dediyinə görə, jurnalistlər onun fikrini təhrif ediblər...

...Hesab edirəm ki, bu gün yaranmış imkanlardan səmərəli istifadə etməli, problemlərin həlli üzərində dayanmalıyıq. Yoxsa keçmişə dönüb kiminsə günahını axtarmaqla heç nəyə nail olmaq olmaz.

Hörmətli Misir müəllim! Emin məllim bir dəfə də demişdi ki, təhsildə islahatlar 30 ildən sonra nəticə verir. Əmrullayevin elmi-statistik və analitik təhlillərinə görə Sizin apardığınız islahatlar 2030-cu ildə öz bəhrəsini verməlidir. Sadəcə indiki nazir tələskənliyə yol verib və kalkulyatorda hesablamayıb ki, hələ 30 ilin tamamına 5 il qalıb.

Emin məllimin apardığı islahatlar isə inşallah, 2050-ci ildə bəhrə verməlidir.

Məncə, əsas məsələ əl-ələ verib işləməkdir. Axı təhsil konservativ sistemdir.

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://mia.az
archiveBu xəbər 17 May 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri