Icma.az
close
up
RU
İsa Həbibbəylinin hərəkəti rezonans doğurdu KONKRET

İsa Həbibbəylinin hərəkəti rezonans doğurdu KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti, professor İsa Həbibbəylinin son görüntüləri hələ müzakirə edilir. Belə ki, professor Vatikan nümayəndə heyətinə XIV əsrə aid nadir Nizami Gəncəvi əlyazmasını nümayiş etdirərkən onu kobud şəkildə vərəqləyib. Yayılan kadrlardan sonra Həbibbəylinin ünvanına tənqidlər səsləndirilib. Hətta ABŞ-da yaşayan jurnalist Qənirə Ataş AMEA prezidentini bu davranışına görə istefaya çağırıb.

AMEA prezidentinin Nizami Gəncəvi irsinə belə münasibət bəsləməsi nə dərəcədə doğrudur?

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan araşdırmaçı-yazar Əkbər Qoşalı deyib ki, bu məsələyə emosionallıqdan arınmış şəkildə yanaşma sərgiləmək lazımdır:

“Həmin videogörüntü çox qısadır və onun əsasında hər hansı şəxsin niyyəti barədə qəti hökm vermək çətindir. Çünki bəzən bir neçə saniyəlik kadr olayın bütöv mənzərəsini əks etdirməmiş ola bilir. Bəlkə elə Vatikan təmsilçisinin özünün qədim əlyazmalarla bağlı hansısa qəzaya dair xatirəsi yadına düşüb, həyəcanlanıbmış? Yəni ittihamlar da, müdafiələr də faktlara söykənməlidir. Lakin bir prinsip dəyişməzdir, milli-mədəni irs örnəkləri ilə davranış ən yüksək həssaslıq tələb edir. Əgər söhbət Nizami Gəncəvinin adına bağlı qədim əlyazmadan gedirsə, onun hər səhifəsi yüzillər öncənin ruhunun köçdüyü, ovqatının çökdüyü yaddaş kimidir. Belə irs örnəkləri ilə davranışda tələskənliyə, gərginlik təəssüratı yaradan hərəkətlərə yer olmamasının deyilməsi təbiidir. Bəzən cəmiyyəti rahatsız edən məhz niyyətin özü yox, müəyyən görüntüsü yayılan davranışlar olur”.

Əkbər Qoşalı

Araşdırmaçı-yazar bildirib ki, dövlət və elm qurumlarının başçıları mədəni irsə münasibətdə həm peşəkar, həm də simvolik məsuliyyət daşıyır:

“Onların hər addımı cəmiyyət üçün örnək kimi qəbul edilir. Bu baxımdan, qədim əlyazmaların təqdimatı və nümayişi beynəlxalq kitabxana, arxiv və muzey etikası çərçivəsində, maksimum ehtiyatla həyata keçirilməlidir. Haqq üçün deyim ki, AMEA prezidentinin bu vurğulara bələd olduğu məndə şübhə doğurmur. Digər tərəfdən, belə hadisələri dərhal şəxsi müstəviyə keçirərək istefa tələblərinə çevirmək tələskənlikdir. Əgər hər hansı qayda pozuntusu olubsa, bunu mütəxəssislərin qiymətləndirməsi, nəticələrin də məhz peşəkar rəyə əsaslanması doğrudur.

Nizami Gəncəvi Azərbaycan ədəbiyyatının zirvəsi olmaqla yanaşı, dünya mədəniyyətinin də böyük simalarından biridir. Onun adına bağlı hər bir maddi və mənəvi irs nümunəsinə göstərilən hörmət, əslində, bizim öz tariximizə, kimliyimizə, gələcək nəsillərə və bəşər mədəniyyətinə münasibətimizin bir göstəricisi sayılmağı haqq edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 İyun 2026 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri