Icma.az
close
up
RU
İsa peyğəmbər həqiqətənmi 25 dekabrda doğulub Alimlər nə deyir?

İsa peyğəmbər həqiqətənmi 25 dekabrda doğulub Alimlər nə deyir?

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tarixi baxımdan Nazaretli İsa birinci əsrin yəhudi vaizi və dini lideri olub. Bir çox ölkələrdə o, insan cildinə girmiş Oğul-Allah və Yəhudi Müqəddəs Yazılarında (Tövrat və ona bağlı kitablar) öncədən müjdələnmiş, intizarla gözlənilən Məsih hesab olunur. Məhz sonuncu inanc ona "Xristos" (Məsih) adını qazandırıb.

Dünyanın hər yerində xristianlar 25 dekabrda İsanın doğulmasını qeyd edirlər. Üstəlik, müasir təqvim illəri məhz onun doğum ilindən etibarən sayır. Bəs o, həqiqətənmi həmin gün doğulub? 

Qaynarinfo xəbər verir ki, "IFL Science” resursu alimlərin bu barədə nə dediyini araşdırıb.

Ümumilikdə, İsanın doğum tarixini dəqiq müəyyən etmək üçün o dövrə aid kifayət qədər sübut yoxdur. Lakin 25 dekabrla bağlı ənənəvi baxışın da heç bir elmi əsası yoxdur.

"Birincisi, "sıfırıncı il” deyə bir anlayış mövcud olmayıb. Hətta mövcud olsaydı belə, İsa həmin vaxt doğulmayıb. İsanın ölümündən bütöv bir nəsil sonra yazılmış Matta və Lukanın kanonik İncilləri bəzi tarixi əlaqələr qursa da, onlar bir-biri ilə uzlaşmır. Matta doğumun Böyük İrodun dövründə baş verdiyini qeyd edir. Luka isə doğumun Suriyanın Roma valisi Kvirini tərəfindən keçirilən siyahıyaalma zamanı olduğunu deyir", – materialda bildirilir.

Siyahıyaalma bizim eranın 6-cı ilində baş tutub. Lakin İrod bundan ən azı 7, bəlkə də 10 il əvvəl vəfat etmişdi. Bizim eradan əvvəlki illərdə digər siyahıyaalmalar da keçirilmişdi. Alimlər İrodla bağlı əlaqəni digərlərindən daha inandırıcı hesab edirlər, buna görə də İsanın doğum ilinin daha real olaraq e.ə. 6-cı və 4-cü illər arası olduğu qəbul edilir.

Öz növbəsində, "Betleyem (Beytləhm) ulduzu"na əsaslanan nəzəriyyə göydəki bu əlamətin əslində bir kometa olduğunu iddia edir. Bu halda İsa e.ə. 5-ci ildə doğulmuş olardı.

Milad niyə məhz 25 dekabrda qeyd olunur?

Xristianlığın ilk əsrlərində möminlər Miladı qeyd etmirdilər. Pasxa və sonradan Epifaniya (Allahın təzahürü) bayramları yalnız b.e. II əsrindən etibarən qeyd olunmağa başlandı. İsa Məsihin 25 dekabrda doğulması ilə bağlı məlum olan ilk qeyd b.e. III əsrinə aiddir və Romalı İppolitə məxsusdur. "Milad" (Christmas) kimi tanınan bayramın xristian ənənəsinin bir hissəsinə çevrilməsi üçün daha bir neçə onillik lazım oldu.

Alimlər illərdir İsanın həqiqətən 25 dekabrda, yoxsa ilin başqa bir günündə doğulduğu barədə mübahisə edirlər. Qış və bahar fəsilləri ən çox ehtimal olunan mövsümlər kimi görünsə də, kanonik (və qeyri-kanonik) İncillərdə buna dair heç bir sübut yoxdur.

"1200-cü illərdən bəri insanlar 25 dekabr ilə Roma bayramı olan Sol Invictus (Məğlubedilməz Günəş) arasındakı əlaqəni hiss ediblər. Bu bayram günəş duruşundan dərhal sonra, günlərin uzanmağa başladığı vaxtı qeyd edirdi. Bayramın tam adı "Dies Natalis Solis Invicti”dir ki, bu da latın dilindən tərcümədə "Məğlubedilməz Günəşin Doğum Günü” deməkdir. İtalyanların hələ də Milad bayramına verdiyi "Natale” adı məhz buradan gəlir", – deyə müəlliflər qeyd edib.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Dekabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri