Icma.az
close
up
RU
İsa peyğəmbər ermənicə danışıb

İsa peyğəmbər ermənicə danışıb

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mən xarici mətbuat kimi yalnız rus saytlarını izləyə bilirəm. Nəzər yetirdiyim o saytların əksəriyətində ermənilər Azərbaycanın və Türkiyənin əleyhinə dayanmadan yazı "axıdırlar”. Hər dəfə saxta, əldə düzəltmə sənədlər, xəritələr, süni artefaktlar ortaya qoyurlar. Dayanmadan yazırlar, düşünürsən, onlar artıq, dünya ictimaiyətini çoxdan inandırıblar ki, məsələn, Qarabağ onların doğma məkanıdır. Çünki, baxıram o yazıların çoxu hətta, Avropa, yaxud Amerika mətbuatından götürülərək rus dilinə tərcümə edilib. Bütün dünyada "erməni xəstəliyi” adlı bir termin də var, ancaq buna baxmayaraq bu parazitlər dayanmadan "işləyirlər”. 

Rusların bir məşhur saytı var, orada hər cür bloger yazıları dərc edilir, yazıların altında komment yazmaq imkanı da  yaradıblar. O kommentlərdə erməni yazılarını nə qədər gülüş atəşinə tutsalar da yenə bu parazitlər ruhdan düşmür, yazmağa davam edirlər. 

Ermənilər Qafqaz haqda yazanda təkcə gürcülərin adını çox xəsisliklə çəkə bilirlər. Heç vaxt yerli xalq kimi bizim adımızı yazmırlar. 

Azərbaycanlıların Qafqaza gəlişi haqda yazdıqları yazıların adı təxminən belə olur: "Ermənilər köçəri tayfaları Qafqaza necə buraxdılar?”, "Vəhşi türk tayfaları qədim erməni torpaqlarına hücum çəkdilər”... Və başlayırlar yazmağa ki, haylar Qafqazda qəşəng sülh içində yaşayırdılar, qəfil bu vəhşi monqol-tatarlar içəri doluşdular.  

Bütün yazılarında da hayların qədim xalq olduğu haqda mütləq nəsə yazırlar. Elə bilirlər qədim xalq olanda hər şey yaxşı olur. Şəxsən mən, heç də qədim xalqın nümayəndəsi olmaq istəməzdim. Yeni, metis, gənc, sağlam xalq olmaq daha gözəldi. Yadınızda qalsın, qocalıb çürümüş bir xalqın əlindən-gözündən yaxşı bir iş gəlməz. 

Özlərini qədim xalq kimi sırımaq istəyən erməni müəlliflərin yazdığı məqalə başlıqları təxminən bu cür gülünc olur: "Romalılar niyə Qədim Ermənistanla müharibə etmək istəmədi?”, "Troyalılar erməni idimi?”, "Makedoniyalı İskəndərin erməni dostu”, "Misir piramidalarında erməni memarlığı”, "İsa peyğəmbər  ermənicə danışıb”, "Erməni Hamurapinin kitabı” və s...  

Bizimkilərdən isə bircə nəfər belə, xarici mətbuata çıxıb məqalə yazmır. Qərb mediası bir yana, heç Rusiya mediasında da bircə nəfər daimi yazanımız yoxdu. Bu fonda diaspora təşkilatlarımız çox ölgün görünürlər... 

Yadımdadı, doxsanıncı illərdə "Meydan dövrü”ndə, heç olmasa, rus müəllifi Vasili Veliçkonun "Qafqaz: Rus işi və tayfalararası məsələlər" kitabının bir hissəsini Azərbaycan dilinə tərcümə edib yaymışdılar. O kitabda Rusiya-İran müharibəsindən sonra, 1828-ci ildə Türkiyə və İrandan erməni ailələrinin Qriboyedovun başçılığı ilə Qarabağa gətirilməsi haqda yazılmışdı. Yazıda Qriboyedovun rus çarına göndərdiyi tarixi məktub da yer alırdı. 

Erməni ailələrinin üstündə gələn Qriboyedov öz məktubunda köç prosesini bütün təfsilatı ilə ərz etmişdi. Yadımdadı, Qriboyedov ermənilərin həyasızlığı, yerli azərbaycanlıları öz evlərindən didərgin salmaları haqda da söz açmışdı. Qriboyedov ermənilərin Qarabağa müvəqqəti köç etdiyini deməklə yerli əhalini aldadaraq sakitləşdirdiyini də çara məktubunda bildirmişdi.  

Deyirəm, heç olmasa, bu cür kitablardan tərcümə edib vaxtaşırı, həm Azərbaycan əhalisi üçün öz dilimizdə, həm də Qərbdə və Avropa ölkələrində çap etdirib beynəlxalq tədbirlərdə  paylamalıyıq ki, qafillərin bu tarixdən xəbəri olsun. 

Çarizmin Qafqazda həyata keçirdiyi müstəmləkəçilik siyasətinin mərkəzində XIX əsrin əvvəllərində Türkiyə və İran ərazisindən ermənilərin Qafqaza, xüsusilə də Qərbi Azərbaycana və Qarabağa köçürülməsi dururdu.

Məhz 1804-1813 və 1826-1828-ci illərdə Rusiya-İran müharibələrindən sonra ermənilərin Cənubi Qafqazda, o cümlədən Qarabağda yerləşdirilməsi nəticəsində burada onların sayı ildən-ilə artmağa başladı. 

Yuxarıda qeyd edilən müharibələr başa çatdıqdan sonra Rusiya ilə İran arasında bağlanan Türkmənçay çülh müqaviləsinin şərtlərinə görə, ermənilərin İran ərazisindən maneəsiz köçürülməsinə icazə verildi.  Ermənilərin Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi məsələsində çar hökumətinin əsas məqsədi  Qafqazda demoqrafik vəziyətə təsiri ilə əlaqədar idi. Başqa bir rus müəllif, Tiflis Vətənpərvər Cəmiyyətinin sədri N. N. Şavrov yazırdı: «Biz Zaqafqaziyada müstəmləkəçilik siyasətinə rus əhalisinin buraya köçürülməsi ilə deyil, bizə əlaltı olacaq xalqların yerləşdirilməsindən başladıq. 1828-ci ildən 1830-cü ilə kimi biz Zaqafqaziyaya İrandan 40 mindən çox, Türkiyədən isə 84 mindən çox erməni köçürdük. Onları erməni əhalisinin azlıq təşkil etdiyi Yelizavetpol (Gəncə quberniyası) və İrəvan quberniyalarının ən yaxşı xəzinə torpaqlarında yerləşdirdik. Köçürülmüş ermənilərə 200 min desyatindən çox xəzinə torpağı ayırdıq. Bundan başqa yerli müsəlmanlara 2 milyon manatdan çox pul ödəyib  xüsusi sahibkar torpağı aldıq və köçkün ermənilərə bağışladıq. Yelizavetpol (Gəncə) quberniyasının dağlıq hissəsi (Qarabağın dağlıq hissəsi nəzərdə tutulur) və Göyçə gölünün sahili də həmin köçkün ermənilər tərəfindən zəbt edilmişdi… 

Qeyri-rəsmi köçənlərlə birlikdə köçüb gələnlərin ümumi sayı 200 mini ötüb keçdi. Bu köçürmələr nəticəsində XX yüzilliyin başlanğıcında Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyonundan çoxu bu diyarın «köklü sakinləri» yox, bizim köçürdüklərimizdir”. (Şavrov N.N. "Zaqafqaziyada rus işlərinə yeni təhlükə”. S-Peterburq, 1911, s. 59-61). (Шавров Н.Н. "Новая угроза русскому делу в Закавказье”. СПб., 1911, с. 59-61).

Nəysə. Fikrimi bu yerdə tamamlayaraq demək istəyirəm ki, özümüz yaza bilməsək də, heç olmasa qarşı tərəfin yazdığı bu cür tarixi etiraf kitablarını mütəmadi olaraq çap etdirməliyik. Şeir-qəzəl kitablarına biraz ara verməliyik, yəqin ki… 

Murad Köhnəqala 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Fevral 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see404

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see370

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see368

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see332

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see328

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see320

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see253

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see243

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see222

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see214

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see210

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see210

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see205

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see195

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see194

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see190

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see190

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri