Icma.az
close
up
RU
İsa Qəmbər Vaşinqton görüşünün üstünlükləri, risklər və açıq qalan suallar barədə... MÜSAHİBƏ

İsa Qəmbər Vaşinqton görüşünün üstünlükləri, risklər və açıq qalan suallar barədə... MÜSAHİBƏ

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Müsavat Partiyasının başqanı İsa Qəmbər Bakupost.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

- İsa bəy, Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında keçirilən görüşün nəticələrini necə qiymətləndirirsiniz?

- Müsavat Partiyasının bu məsələ ilə bağlı rəsmi bəyanatı var, münasibət bildirmişik. Əldə olunan razılaşmaları əsasən, müsbət qiymətləndirmişik. Əlavə etmək istərdim ki, bu cür mürəkkəb məsələlərlə bağlı danışıqların nəticələri hər zaman daha yaxşı və ya daha pis ola bilər. Ona görə də, prinsip etibarı ilə biz bu görüşü normal, müsbət qiymətləndirə bilirik.

- Görüşün Vaşinqtonda keçirilməsi, Zəngəzur dəhlizinə nəzarətin ABŞ-yə verilməsinin bölgəmiz, o cümlədən, Azərbaycan üçün hansı üstünlükləri və riskləri var?

- Üstünlüklərdən danışırıqsa, ilk növbədə sülh prosesinin hərəkətə gəlməsi, sürətlənməsi, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün addımların atıldığını qeyd edə bilərik. Digər tərəfdən, Rusiyanın Cənubi Qafqaza, Azərbaycan-Ermənistan münasibətlərinə təsirinin azalması müsbət hadisədir. Həmçinin, nəzərə almaq lazımdır ki, danışıqların Rusiyaya nisbətdə ABŞ-nin himayəsi altında aparılması daha məqsədəuyğundur. Biz Müsavat Partiyası olaraq, prinsip etibarı ilə danışıqların Azərbaycan və Ermənistanın iştirakı ilə, üçüncü tərəf olmadan keçirilməsinin tərəfdarı olmuşuq. Həmişə bunu dəstəkləmişik və ikitərəfli görüşlər fayda gətirib. İndiki halda danışıqların moderatorun iştirakı ilə, ABŞ-nin himayəsi altında aparılması, Zəngəzur dəhlizinə nəzarətin Amerikanın özəl şirkətlərinə həvalə edilməsi gələcək üçün müəyyən suallar yaradır. Zəngəzur dəhlizi ilə bağlı əldə olunan razılıq ümumi xarakterlidir. Bildirilir ki, proses Ermənistanın yurisdiksiyası altında, suverenliyi nəzərə alınmaqla davam edəcəkdir. Digər tərəfdən, qeyd olunur ki, Azərbaycan tərəfi Zəngəzur dəhlizindən maneəsiz hərəkət edə biləcək. Üçüncü bir tərəfdən, Amerikanın özəl şirkəti orada konsorsium quracaqdır. Bir yandan da, Rusiya tərəfi Ermənistanda hərbçilərinin olduğunu xatırladır. Bu baxımdan çox mürəkkəb məsələdir. Razılaşma gerçəklikdə necə əldə ediləcək, detallar nədən ibarət olacaq, bir-birinə zidd yanaşmaların arasında ortaq nöqtəni tapmaq mümkün olacaqmı, bütün bunlar ciddi suallar doğurur. Siz, yəqin ki, danışıqların gedişinə, mətbuat konfransına diqqət yetirdiniz. Orada jurnalistlərdən biri sual verdi ki, ermənilərin Qarabağa qayıtması ilə bağlı nə düşünürsünüz? Tramp da, Azərbaycan və Ermənistan rəhbərləri də bu sualı cavablandırmadılar, bu məsələyə vaxt ayırmadılar. Vaşinqton Administrasiyası da bu məsələni qabartmadı ki, danışıqlar rahat şəkildə davam etsin. Hansı təminat var ki, sabah ABŞ-dəki erməni lobbisi, bəzi konqresmenlər, senatorlar bu məsələni gündəmə gətirməyəcəklər? Bəlli oldu ki, Tramp Paşinyana söz verib ki, Azərbaycandakı erməni hərbi cinayətkarları geri qaytarmağa çalışacaq. Elə xoşagəlməz məsələlər var ki, onlar zamanla ortaya atıla bilər. Bu məsələlərin necə həll olunacağını biz bu gün tam arxayınlıqla deyə bilmərik. Razılaşmalar nə qədər önəmli olsa da, onların necə gerçəkləşəcəyi ciddi məsələdir və bir sıra suallar doğurur. Azərbaycan həm öz maraqları, həm beynəlxalq hüquq, həm də əldə olunan razılaşmalar çərçivəsində öz siyasətini ardıcıl şəkildə davam etdirməlidir.


- Rusiyanın bu razılaşmaya o qədər də isti yanaşmadığı müşahidə edilməkdədir. Ayrı-ayrı deputatlar, siyasi ekspertlər səviyyəsində hədələyici, təhdid dolu açıqlamaların şahidi olmaqdayıq. Necə düşünürsünüz, Rusiya ABŞ-nin vasitəçiliyi ilə sülh razılaşması əldə edən Azərbaycan və Ermənistana qarşı nə kimi addımlar ata bilər? Bakı və İrəvan Rusiyanın mümkün təzyiqlərinə tab gətirə biləcəklərmi?

- Rusiyanın Azərbaycana qarşı təzyiq rıçaqları, mexanizmləri o qədər də çox deyil. Təzyiq iki istiqamətdə arta bilər.

Birinci istiqamət Azərbaycandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının keyfiyyəti ilə bağlı uydurma iddialar ortaya qoymaqla onların eksportuna məhdudiyyətlərin yaradılmasıdır.

Digər istiqamət, düşünürəm ki, daha ağır, daha pis variant olan, Rusiyada yaşayan azərbaycanlılara təzyiqlərin gücləndirilməsi ilə bağlıdır. Rusiya hakimiyyəti xalqımıza müxtəlif təzyiqlər göstərə, problem yaratmağa cəhd edə bilər. Azərbaycan hakimiyyəti bunların qarşısını almaq üçün yollar axtarmalıdır. Cəmiyyət də buna hazır olmalıdır.

Rusiyanın Ermənistana təzyiq imkanları daha genişdir. Rusiyanın Ermənistanda hərbi bazası mövcuddur, özlərinin də xatırlatdıqları kimi, bu ölkənin sərhədlərini ruslar qoruyur, Ermənistan iqtisadiyyatının önəmli hissəsi Rusiyanın nəzarətindədir.

Ermənistanda Rusiyanın təsiri altında olan siyasi qüvvələr mövcuddur. Bu baxımdan, Rusiyanın Ermənistana təzyiq imkanları, Azərbaycana olan təzyiq imkanlarından daha ciddi və genişdir. Hər halda inanıram ki, Bakı Rusiyanın təzyiqlərinə tab gətirə, milli və dövlət maraqlarına uyğun şəkildə davrana biləcəkdir. Ermənistanla bağlı buna əmin deyiləm. Prosesləri diqqətlə izləməliyik və Azərbaycanın hər zaman B planı olmalıdır.

- İranda Vaşinqton razılaşmasına, xüsusilə də ABŞ-nin iştirakı ilə açılması nəzərdə tutulan Zəngəzur dəhlizinə ikili yanaşmanın şahidi oluruq. Bu ölkənin dini və siyasi rəhbərliklərinin fərqli mövqelər ortaya qoymasını necə izah edərsiniz?

- İranda daxili fikir ayrılıqları hər zaman olub. İran inqilabından sonra bu ölkənin siyasi elitasındakı islahatçılar və mühafizəkarlar arasında fikir ayrılıqları mövcuddur. Zaman-zaman bu daha da artır. İsrailin İrana hücumundan sonra bu qarşıdurma daha da güclənib. Bu ziddiyyətlər daha da dərinləşəcək. Hesab edirəm ki, İran hazırkı mərhələdə Cənubi Qafqazdakı proseslərə müdaxilə etmək imkanlarına malik deyil. Zəngəzur dəhlizinin də açılmasına İran həlledici dərəcədə maneə törədə bilməz. Əksinə, düşünürəm ki, İran məsələlərə daha praqmatik yanaşıb Cənubi Qafqaz ölkələri ilə əlaqələrini itirməməyə çalışmalıdır.

O da mümkündür ki, İran proseslərə mane olmaq üçün Rusiya ilə birgə hərəkət etsin. Bunu nəzərə almaq lazımdır.

- Birgə Bəyannamədə əksini tapan maddələrdən biri də tərəflərin qarşılıqlı iddialardan imtinası ilə bağlıdır. Ermənistanın Azərbaycana vurduğu və 100 milyardlarla ölçülən ziyandan imtina edilməsinə münasibətinizi bilmək maraqlı olardı...

- Ən ağır mövzulardan biridir. Mən əvvəlki dönəmləri xatırlatmıram, 1988-ci ildən başlayaraq 2023-cü ilin, demək olar ki, sonuna qədər Ermənistan Azərbaycana dəhşətli dərəcədə zərbələr vurub. Ərazi iddiaları qaldırıb, müharibəyə başlayıb, ərazimizdə savaş aparıb, kəndlərimiz, rayonlarımız, şəhərlərimiz darmadağın edilib, yüz minlərlə insan didərgin salınıb, on minlərlə insan şəhid edilib, yaralılarımız, itkin düşənlərimiz var. Ermənilər Azərbaycana o qədər dəhşətli zərbələr vurub ki, bunu rəqəmlərə çevirmək asan və sadə məsələ deyil. Ona görə də Azərbaycan cəmiyyətində hər zaman gözlənti olub ki, bu zərbələrə, ziyana görə İrəvan Azərbaycana kompensasiya ödəməlidir. Gerçəklik ondan ibarətdir ki, haqq-ədalət, həqiqət bizim tərəfimizdə olsa da, beynəlxalq miqyasda Ermənistana dəstək daha çoxdur. Müxtəlif səbəblərdən Ermənistan beynəlxalq birliyin dəstəyini ala bilir. Beynəlxalq hüquqi instansiyalara edəcəyimiz müraciətlərin müzakirəsinin nə ilə nəticələnəcəyini söyləmək çox çətindir. Dünya ədalət dünyası deyil, ədalət uğurunda mübarizə dünyasıdır. Beynəlxalq instansiyalarda qərarlar çox vaxt hüquq deyil, siyasi maraqlar çərçivəsində qəbul edilir. Ona görə də mümkündür ki, beynəlxalq instansiyalarda Azərbaycanın haqlı müraciətləri ilə bağlı ədalətli qərar verilməsin, əksinə Ermənistanın haqsız müraciətləri “həllini” tapsın. Bu mənada qarşılıqlı hüquqi iddialardan imtina təsadüfi deyil. Yəqin ki, Bakı və İrəvan bu məsələni öncədən ölçüb-biçib və belə bir razılığa gəliblər.


- Ermənistanda revanşist qüvvələrin mövcudluğunu və kənar təsirləri nəzərə alaraq İrəvanın Vaşinqton razılaşmasına, sülh prosesinə sadiq qalma ehtimalı nə dərəcədədir?

- Bu çox mürəkkəb və çox maraqlı prosesdir. Paşinyan erməni cəmiyyətini yüz illərdir içərisində yaşadıqları xəyali, mifik aləmdən ayırıb real dünyaya qaytamaq istəyir. Hələ mən illər öncə Paşinyanın bu cəhdlərini erməni xalqının milli oyanışı kimi dəyərləndirmişdim. Amma onun uğur qazanıb-qazanmayacağını söyləmək çox çətindir. Ermənilər yüz illərdir olduqları xəyallar aləmini təkbaşına yaratmayıb. Bu xəyallar aləminin yaranmasında regionda Türkiyə və türk dünyasına qarşı fəaliyyət göstərən güclərin də “əməyi” var. Məsələnin nə ilə yekunlaşacağını söyləmək çox çətindir. Hesab edirəm ki, əgər Ermənistandakı revanşist qüvvələr güc müstəvisində Azərbaycana qarşı uğur qazana biləcəklərinə inansalar, onlar heç bir razılaşmaya sadiq qalmayacaqlar. Ona görə də biz beynəlxalq öhdəliklərimizə sadiq qalmaqla yanaşı, ordumuzu daha da gücləndirməliyik ki, heç bir qüvvə bizə güc göstərmək fikrinə düşməsin.


- Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu müddəaların aradan qaldırılacağına və sonda sülh müqaviləsinin imzalanacağına inanmaq olarmı?

- Ən maraqlı məsələlərdən biri də elə budur. Bir dövlətin konstitusiyasında başqa bir dövlətə qarşı ərazi iddiası qalırsa, onların arasında sülh müqaviləsinin imzalanması çətin məsələdir. Amma konstitusiya dəyişikliyi o qədər də asan həll ediləcək bir məsələ deyil. Çünki bayaq da qeyd etdiyim kimi, Ermənistanda xəyallar aləmində yaşayan insanlar, revanşist qüvvələr var. Onlar sülh müqaviləsi üçün ciddi maneədirlər. Müsavat Partiyası olaraq biz sülh prosesini dəstəkləyirik və hesab edirik ki, Vaşinqtonda əldə olunan razılaşma bu prosesə təkan verdi. Sülh müqaviləsinin mətni paraflandı, Minsk Qrupunun fəaliyyətinin dayandırılması üçün birgə addımlar atıldı. Proses davam etdirilməlidir. Eyni zamanda Azərbaycan gözlənilməz situasiyalara, rəqiblərimizin, bizi istəməyən qüvvələrin istənilən addımlarına cavab verməyə hazır olmalıdır.


Ruslan,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 Avqust 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see293

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see189

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see166

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see156

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see155

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

12 Noyabr 2025 08:18see153

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see148

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see141

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see139

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see139

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see138

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see137

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see134

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see134

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see132

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see132

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see130

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri