Icma.az
close
up
RU
İsa Qəmbər Vaşinqton görüşünün üstünlükləri, risklər və açıq qalan suallar barədə MÜSAHİBƏ

İsa Qəmbər Vaşinqton görüşünün üstünlükləri, risklər və açıq qalan suallar barədə MÜSAHİBƏ

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Müsavat Partiyasının başqanı İsa Qəmbər Bakupost.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

- İsa bəy, Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında keçirilən görüşün nəticələrini necə qiymətləndirirsiniz?

- Müsavat Partiyasının bu məsələ ilə bağlı rəsmi bəyanatı var, münasibət bildirmişik. Əldə olunan razılaşmaları əsasən, müsbət qiymətləndirmişik. Əlavə etmək istərdim ki, bu cür mürəkkəb məsələlərlə bağlı danışıqların nəticələri hər zaman daha yaxşı və ya daha pis ola bilər. Ona görə də, prinsip etibarı ilə biz bu görüşü normal, müsbət qiymətləndirə bilirik.

- Görüşün Vaşinqtonda keçirilməsi, Zəngəzur dəhlizinə nəzarətin ABŞ-yə verilməsinin bölgəmiz, o cümlədən, Azərbaycan üçün hansı üstünlükləri və riskləri var?

- Üstünlüklərdən danışırıqsa, ilk növbədə sülh prosesinin hərəkətə gəlməsi, sürətlənməsi, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün addımların atıldığını qeyd edə bilərik. Digər tərəfdən, Rusiyanın Cənubi Qafqaza, Azərbaycan-Ermənistan münasibətlərinə təsirinin azalması müsbət hadisədir. Həmçinin, nəzərə almaq lazımdır ki, danışıqların Rusiyaya nisbətdə ABŞ-nin himayəsi altında aparılması daha məqsədəuyğundur. Biz Müsavat Partiyası olaraq, prinsip etibarı ilə danışıqların Azərbaycan və Ermənistanın iştirakı ilə, üçüncü tərəf olmadan keçirilməsinin tərəfdarı olmuşuq. Həmişə bunu dəstəkləmişik və ikitərəfli görüşlər fayda gətirib. İndiki halda danışıqların moderatorun iştirakı ilə, ABŞ-nin himayəsi altında aparılması, Zəngəzur dəhlizinə nəzarətin Amerikanın özəl şirkətlərinə həvalə edilməsi gələcək üçün müəyyən suallar yaradır. Zəngəzur dəhlizi ilə bağlı əldə olunan razılıq ümumi xarakterlidir. Bildirilir ki, proses Ermənistanın yurisdiksiyası altında, suverenliyi nəzərə alınmaqla davam edəcəkdir. Digər tərəfdən, qeyd olunur ki, Azərbaycan tərəfi Zəngəzur dəhlizindən maneəsiz hərəkət edə biləcək. Üçüncü bir tərəfdən, Amerikanın özəl şirkəti orada konsorsium quracaqdır. Bir yandan da, Rusiya tərəfi Ermənistanda hərbçilərinin olduğunu xatırladır. Bu baxımdan çox mürəkkəb məsələdir. Razılaşma gerçəklikdə necə əldə ediləcək, detallar nədən ibarət olacaq, bir-birinə zidd yanaşmaların arasında ortaq nöqtəni tapmaq mümkün olacaqmı, bütün bunlar ciddi suallar doğurur. Siz,ə yəqin ki, danışıqların gedişinə, mətbuat konfransına diqqət yetirdiniz. Orada jurnalistlərdən biri sual verdi ki, ermənilərin Qarabağa qayıtması ilə bağlı nə düşünürsünüz? Tramp da, Azərbaycan və Ermənistan rəhbərləri də bu sualı cavablandırmadılar, bu məsələyə vaxt ayırmadılar. Vaşinqton Administrasiyası da bu məsələni qabartmadı ki, danışıqlar rahat şəkildə davam etsin. Hansı təminat var ki, sabah ABŞ-dəki erməni lobbisi, bəzi konqresmenlər, senatorlar bu məsələni gündəmə gətirməyəcəklər? Bəlli oldu ki, Tramp Paşinyana söz verib ki, Azərbaycandakı erməni hərbi cinayətkarları geri qaytarmağa çalışacaq. Elə xoşagəlməz məsələlər var ki, onlar zamanla ortaya atıla bilər. Bu məsələlərin necə həll olunacağını biz bu gün tam arxayınlıqla deyə bilmərik. Razılaşmalar nə qədər önəmli olsa da, onların necə gerçəkləşəcəyi ciddi məsələdir və bir sıra suallar doğurur. Azərbaycan həm öz maraqları, həm beynəlxalq hüquq, həm də əldə olunan razılaşmalar çərçivəsində öz siyasətini ardıcıl şəkildə davam etdirməlidir.

- Rusiyanın bu razılaşmaya o qədər də isti yanaşmadığı müşahidə edilməkdədir. Ayrı-ayrı deputatlar, siyasi ekspertlər səviyyəsində hədələyici, təhdid dolu açıqlamaların şahidi olmaqdayıq. Necə düşünürsünüz, Rusiya ABŞ-nin vasitəçiliyi ilə sülh razılaşması əldə edən Azərbaycan və Ermənistana qarşı nə kimi addımlar ata bilər? Bakı və İrəvan Rusiyanın mümkün təzyiqlərinə tab gətirə biləcəklərmi?

- Rusiyanın Azərbaycana qarşı təzyiq rıçaqları, mexanizmləri o qədər də çox deyil. Təzyiq iki istiqamətdə arta bilər.

Birinci istiqamət Azərbaycandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının keyfiyyəti ilə bağlı uydurma iddialar ortaya qoymaqla onların eksportuna məhdudiyyətlərin yaradılmasıdır.

Digər istiqamət, düşünürəm ki, daha ağır, daha pis variant olan, Rusiyada yaşayan azərbaycanlılara təzyiqlərin gücləndirilməsi ilə bağlıdır. Rusiya hakimiyyəti xalqımıza müxtəlif təzyiqlər göstərə, problem yaratmağa cəhd edə bilər. Azərbaycan hakimiyyəti bunların qarşısını almaq üçün yollar axtarmalıdır. Cəmiyyət də buna hazır olmalıdır.

Rusiyanın Ermənistana təzyiq imkanları daha genişdir. Rusiyanın Ermənistanda hərbi bazası mövcuddur, özlərinin də xatırlatdıqları kimi, bu ölkənin sərhədlərini ruslar qoruyur, Ermənistan iqtisadiyyatının önəmli hissəsi Rusiyanın nəzarətindədir.

Ermənistanda Rusiyanın təsiri altında olan siyasi qüvvələr mövcuddur. Bu baxımdan, Rusiyanın Ermənistana təzyiq imkanları, Azərbaycana olan təzyiq imkanlarından daha ciddi və genişdir. Hər halda inanıram ki, Bakı Rusiyanın təzyiqlərinə tab gətirə, milli və dövlət maraqlarına uyğun şəkildə davrana biləcəkdir. Ermənistanla bağlı buna əmin deyiləm. Prosesləri diqqətlə izləməliyik və Azərbaycanın hər zaman B planı olmalıdır.

- İranda Vaşinqton razılaşmasına, xüsusilə də ABŞ-nin iştirakı ilə açılması nəzərdə tutulan Zəngəzur dəhlizinə ikili yanaşmanın şahidi oluruq. Bu ölkənin dini və siyasi rəhbərliklərinin fərqli mövqelər ortaya qoymasını necə izah edərsiniz?

- İranda daxili fikir ayrılıqları hər zaman olub. İran inqilabından sonra bu ölkənin siyasi elitasındakı islahatçılar və mühafizəkarlar arasında fikir ayrılıqları mövcuddur. Zaman-zaman bu daha da artır. İsrailin İrana hücumundan sonra bu qarşıdurma daha da güclənib. Bu ziddiyyətlər daha da dərinləşəcək. Hesab edirəm ki, İran hazırkı mərhələdə Cənubi Qafqazdakı proseslərə müdaxilə etmək imkanlarına malik deyil. Zəngəzur dəhlizinin də açılmasına İran həlledici dərəcədə maneə törədə bilməz. Əksinə, düşünürəm ki, İran məsələlərə daha praqmatik yanaşıb Cənubi Qafqaz ölkələri ilə əlaqələrini itirməməyə çalışmalıdır.

O da mümkündür ki, İran proseslərə mane olmaq üçün Rusiya ilə birgə hərəkət etsin. Bunu nəzərə almaq lazımdır.

- Birgə Bəyannamədə əksini tapan maddələrdən biri də tərəflərin qarşılıqlı iddialardan imtinası ilə bağlıdır. Ermənistanın Azərbaycana vurduğu və 100 milyardlarla ölçülən ziyandan imtina edilməsinə münasibətinizi bilmək maraqlı olardı...

- Ən ağır mövzulardan biridir. Mən əvvəlki dönəmləri xatırlatmıram, 1988-ci ildən başlayaraq 2023-cü ilin, demək olar ki, sonuna qədər Ermənistan Azərbaycana dəhşətli dərəcədə zərbələr vurub. Ərazi iddiaları qaldırıb, müharibəyə başlayıb, ərazimizdə savaş aparıb, kəndlərimiz, rayonlarımız, şəhərlərimiz darmadağın edilib, yüz minlərlə insan didərgin salınıb, on minlərlə insan şəhid edilib, yaralılarımız, itkin düşənlərimiz var. Ermənilər Azərbaycana o qədər dəhşətli zərbələr vurub ki, bunu rəqəmlərə çevirmək asan və sadə məsələ deyil. Ona görə də Azərbaycan cəmiyyətində hər zaman gözlənti olub ki, bu zərbələrə, ziyana görə İrəvan Azərbaycana kompensasiya ödəməlidir. Gerçəklik ondan ibarətdir ki, haqq-ədalət, həqiqət bizim tərəfimizdə olsa da, beynəlxalq miqyasda Ermənistana dəstək daha çoxdur. Müxtəlif səbəblərdən Ermənistan beynəlxalq birliyin dəstəyini ala bilir. Beynəlxalq hüquqi instansiyalara edəcəyimiz müraciətlərin müzakirəsinin nə ilə nəticələnəcəyini söyləmək çox çətindir. Dünya ədalət dünyası deyil, ədalət uğurunda mübarizə dünyasıdır. Beynəlxalq instansiyalarda qərarlar çox vaxt hüquq deyil, siyasi maraqlar çərçivəsində qəbul edilir. Ona görə də mümkündür ki, beynəlxalq instansiyalarda Azərbaycanın haqlı müraciətləri ilə bağlı ədalətli qərar verilməsin, əksinə Ermənistanın haqsız müraciətləri “həllini” tapsın. Bu mənada qarşılıqlı hüquqi iddialardan imtina təsadüfi deyil. Yəqin ki, Bakı və İrəvan bu məsələni öncədən ölçüb-biçib və belə bir razılığa gəliblər.


- Ermənistanda revanşist qüvvələrin mövcudluğunu və kənar təsirləri nəzərə alaraq İrəvanın Vaşinqton razılaşmasına, sülh prosesinə sadiq qalma ehtimalı nə dərəcədədir?

- Bu çox mürəkkəb və çox maraqlı prosesdir. Paşinyan erməni cəmiyyətini yüz illərdir içərisində yaşadıqları xəyali, mifik aləmdən ayırıb real dünyaya qaytamaq istəyir. Hələ mən illər öncə Paşinyanın bu cəhdlərini erməni xalqının milli oyanışı kimi dəyərləndirmişdim. Amma onun uğur qazanıb-qazanmayacağını söyləmək çox çətindir. Ermənilər yüz illərdir olduqları xəyallar aləmini təkbaşına yaratmayıb. Bu xəyallar aləminin yaranmasında regionda Türkiyə və türk dünyasına qarşı fəaliyyət göstərən güclərin də “əməyi” var. Məsələnin nə ilə yekunlaşacağını söyləmək çox çətindir. Hesab edirəm ki, əgər Ermənistandakı revanşist qüvvələr güc müstəvisində Azərbaycana qarşı uğur qazana biləcəklərinə inansalar, onlar heç bir razılaşmaya sadiq qalmayacaqlar. Ona görə də biz beynəlxalq öhdəliklərimizə sadiq qalmaqla yanaşı, ordumuzu daha da gücləndirməliyik ki, heç bir qüvvə bizə güc göstərmək fikrinə düşməsin.


- Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu müddəaların aradan qaldırılacağına və sonda sülh müqaviləsinin imzalanacağına inanmaq olarmı?

- Ən maraqlı məsələlərdən biri də elə budur. Bir dövlətin konstitusiyasında başqa bir dövlətə qarşı ərazi iddiası qalırsa, onların arasında sülh müqaviləsinin imzalanması çətin məsələdir. Amma konstitusiya dəyişikliyi o qədər də asan həll ediləcək bir məsələ deyil. Çünki bayaq da qeyd etdiyim kimi, Ermənistanda xəyallar aləmində yaşayan insanlar, revanşist qüvvələr var. Onlar sülh müqaviləsi üçün ciddi maneədirlər. Müsavat Partiyası olaraq biz sülh prosesini dəstəkləyirik və hesab edirik ki, Vaşinqtonda əldə olunan razılaşma bu prosesə təkan verdi. Sülh müqaviləsinin mətni paraflandı, Minsk Qrupunun fəaliyyətinin dayandırılması üçün birgə addımlar atıldı. Proses davam etdirilməlidir. Eyni zamanda Azərbaycan gözlənilməz situasiyalara, rəqiblərimizin, bizi istəməyən qüvvələrin istənilən addımlarına cavab verməyə hazır olmalıdır.


Ruslan,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 Avqust 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 22:26see143

5 min manatlıq reklam qiyməti: Blogerlər buna görə lüks həyat yaşayır AÇIQLAMA

13 Avqust 2025 19:32see142

Makron Rusiya əleyhinə yeni sanksiyalar paketinin hazırlanmasından danışdı

13 Avqust 2025 19:27see141

Rusiyanı tərk edən Puqaçovanın qonorarı yarıya endirilib...

13 Avqust 2025 18:34see139

AZAL və “Gulf Air” arasında kod şerinq razılaşması imzalanıb

13 Avqust 2025 14:30see136

Talassemiyanın tam müalicəsi mümkündürmü? Həkimdən AÇIQLAMA

13 Avqust 2025 15:18see133

Ağ Ev dən liderlərin görüşü ilə bağlı açıqlama: “Bu halda..” KONKRET

13 Avqust 2025 15:59see124

Himalay dağlarında 50 dən çox insan həlak olub

15 Avqust 2025 09:55see123

Rusiya yenidən kiberhücumlarda ittiham olunur...

13 Avqust 2025 22:17see120

Samiraldo yenə gündəmdə Görünüşü və ifası izləyiciləri iki yerə böldü + VİDEO

13 Avqust 2025 17:35see120

Metodlar ölkələrə və onların təhsil sistemlərinə görə dəyişir Ekspert

13 Avqust 2025 19:30see119

Sabiq deputatdan Tibb Universitetində təhsil haqqının 2 min qaldırılmasına sərt reaksiya: Bu, kasıb istedadlı gənclərə qənim kəsilməkdir

14 Avqust 2025 15:19see119

Pezeşkian Netanyahunun cavabını verdi “Bu, sadəcə illüziyadır”

13 Avqust 2025 22:08see119

Naxçıvanda AĞIR QƏZA Ölənlər var

15 Avqust 2025 00:49see118

ABŞ varlıları genetik super kasta yaradır Ağıllı uşaq üçün 50 min dollar

13 Avqust 2025 17:07see118

Tramp dünyada sülh üçün hərbi bazaya gedir

15 Avqust 2025 04:20see116

Neftçi nin baş icraçı direktoru: Çempionluq haqqında danışmaq tez olar

13 Avqust 2025 19:24see115

Naxçıvanda sənaye istehsalı 14 % artıb

14 Avqust 2025 09:33see115

Mən niyə sülh istəyirəm?!

14 Avqust 2025 18:18see115

Formula 1 də məktəblər bağlanacaq? RƏSMİ

14 Avqust 2025 13:49see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri