Icma.az
close
up
RU
İşçi qrupu növbəti iclasını keçirib

İşçi qrupu növbəti iclasını keçirib

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan hədəflərin icrası ilə bağlı “İnklüziv sosial inkişaf və sosial təminat” İşçi qrupunun növbəti iclası keçirilib.
Reyting.az
-ın məlumatına görə, videokonfrans formatında təşkil olunan iclasda Strategiyanın “İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi” və “Yüksək və ədalətli sosial təminat” məqsədləri üzrə 2025-ci ilin birinci yarısında görülmüş işlərin monitorinq və qiymətləndirməsinə dair hesabat müzakirə edilib.
İşçi qrupun sədri, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli son illər aparılan ardıcıl və genişmiqyaslı islahatlarla sosial sahədə əldə olunan ciddi irəliləyişləri qeyd edib. Nazir müavini 2025-ci ilin əvvəlindən beşinci sosial islahat paketinin reallaşdırılması ilə əməkhaqqı, pensiya, müavinət və təqaüdlərdə artımların davam etdirildiyini vurğulayıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn görülən işlərin əhəmiyyətini qeyd edərək, Strategiya üzrə icra olunan tədbirlərin 2027–2030-cu illəri əhatə edəcək növbəti Strategiya üçün də mühüm önəm kəsb etdiyini vurğulayıb.
İşçi qrupun sədr müavini, İİTKM-in İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov hər iki məqsəd üzrə aparılan monitorinq və qiymətləndirmə nəticələrini təqdim edib. O, hesabatla bağlı ətraflı məlumat verib, əsas çağırışlar və tövsiyələri diqqətə çatdırıb. İclas hesabatın müzakirəsi ilə davam edib.
“İnklüziv sosial inkişaf və sosial təminat” İşçi qrupunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə yanaşı, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Mərkəzi Bank, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Gənclər Fondunun nümayəndələri təmsil olunurlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://reyting.az
archiveBu xəbər 05 Sentyabr 2025 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see273

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see250

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see250

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see231

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see198

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see178

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see175

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see174

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

23 Sentyabr 2026 09:24see170

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see170

“Leobank” bu dəfə vətəndaşı özündən çıxardı: “Bəsdir daha!”

23 Sentyabr 2026 08:28see170

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see169

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see168

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see168

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see164

Tıxaclara görə BDU da dərslər onlayn keçiriləcək

23 Sentyabr 2026 07:36see163

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see162

Zəfər şəhidinin ev muzeyi ziyarət olunub FOTO

23 Sentyabr 2026 09:15see161

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see158

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri