Icma.az
close
up
RU
İnklüziv sosial inkişaf və sosial təminat üzrə Alt İşçi qrupu növbəti iclasını keçirib

İnklüziv sosial inkişaf və sosial təminat üzrə Alt İşçi qrupu növbəti iclasını keçirib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 29 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə Nazirlər Kabinetinin Sərəncamına əsasən yaradılmış İnklüziv sosial inkişaf və sosial təminat üzrə Alt İşçi qrupu növbəti iclasını keçirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, İşçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ölkəmizdə vətəndaş rifahının təminatı istiqamətində mühüm addımların atıldığını qeyd edib. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri olan “Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” Milli Prioriteti üzrə aparılan işlər, əldə olunan uğurlar diqqətə çatdırılıb.

2018-2025-ci illərdə 5 sosial islahat paketinin icra olunduğu, əməkhaqqı, pensiya, digər sosial ödənişlərdə ciddi artımların edildiyi bildirilib. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, inklüziv cəmiyyətin, reabilitasiya və sosial xidmətlər sisteminin inkişafı, aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətlərində əldə edilən nailiyyətlər qeyd edilib. Əmək, məşğulluq, sosial müdafiə sahələrində rəqəmsal həllərin geniş tətbiqinin təmin edildiyi bildirilib.

“Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” Milli Prioritetinə uyğun olaraq əldə olunan sosial uğurların, inklüziv cəmiyyətin inkişafına yönələn tədbirlərin davam etdirilməsinin yeni sosial-iqtisadi inkişaf Strategiyasında da əsas istiqamətlərdən biri olacağı vurğulanıb.

İclasda Strategiya layihəsinin hazırlanması üzrə İnklüziv sosial inkişaf və sosial təminat üzrə Alt İşçi qrupu tərəfindən hazırda aparılan işlər və qarşıda duran vəzifələr, layihənin hazırlanması ilə bağlı təqdim edilən təkliflər müzakirə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Avqust 2025 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri