Icma.az
close
up
RU
İşçilər çalışdıqları şirkətdə pay sahibi OLA BİLƏCƏKLƏR

İşçilər çalışdıqları şirkətdə pay sahibi OLA BİLƏCƏKLƏR

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İşçilərin şirkətdə pay sahibi olmasına imkan yaradan yeni müqavilə növü müəyyənləşdirilir.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
Layihəyə əsasən, işçilərin şirkətdə pay və ya səhm əldə etməsini tənzimləyən yeni müqavilə növü tətbiq olunacaq. Layihə ilə Məcəlləyə “İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə” anlayışı əlavə edilir.
Bu müqavilə kommersiya hüquqi şəxsin təsisçisinin (iştirakçısının) və ya onun səlahiyyəti əsasında işəgötürənin təşəbbüsü ilə işçiyə güzəştli şərtlərlə və ya ödənişsiz əsaslarla müəssisənin paylarının (səhmlərinin) verilməsi, yaxud gələcəkdə həmin payları (səhmləri) əldə etmək hüququnun tanınması ilə bağlı münasibətləri tənzimləyəcək.
Layihədə qeyd olunur ki, işçinin pay və ya səhm üzərində tam hüquq əldə etməsi üçün, təsisçi və ya işəgötürənlə işçi arasında bağlanan işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə payların (səhmlərin) işçinin tam mülkiyyətinə keçməsi üçün aşağıdakı xüsusi şərtlərdən biri müəyyən edilə bilər:
- zamana əsaslanan şərt: tərəflər arasında müəyyən edilmiş müddət ərzində işçinin işəgötürənlə əmək münasibətlərində olması şərtilə paya (səhmə) olan hüququnun hissə-hissə və ya müddətin sonunda tam qüvvəyə minməsi;
- hədəfə əsaslanan şərt: işçinin və ya kommersiya hüquqi şəxsin fəaliyyətində müəyyən hədəflərə nail olunması şərtilə paya (səhmə) olan hüququnun qüvvəyə minməsi
Tərəflər işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə bu Məcəllənin 76-1.1-ci maddəsinə uyğun olaraq, əmək münasibətlərinə xitam verilməsi əsaslarından asılı olaraq paya (səhmə) olan hüquqlarının əldə edilib-edilməməsi nəticələrini müəyyən edə biləcəklər.
Layihəyə əsasən, əmək münasibətlərinə xitam verilməsi işçinin pay (səhm) iştirakı planı çərçivəsində əldə etdiyi və ya əldə etməli olduğu paylara təsir göstərə biləcək.
Belə ki, tərəflər arasında bağlanacaq müqavilədə əmək müqaviləsinə hansı əsaslarla xitam verilməsindən asılı olaraq müxtəlif hüquqi nəticələr müəyyən edilə bilər.
İşçinin öz təşəbbüsü ilə işdən ayrılması, iş yerlərinin ixtisarı, işəgötürənin ləğvi, əmək qabiliyyətinin itirilməsi, ölüm və digər hallarda işçinin hələ əldə etmədiyi paylar üzrə hüquqlarının tam və ya qismən tanınması, yaxud əldə etdiyi payların bazar qiyməti ilə şirkətə və ya təsisçiyə geri satılması nəzərdə tutula bilər.
Eyni zamanda əmək intizamının kobud şəkildə pozulması və ya təqsirli hərəkətlərə görə əmək müqaviləsinə xitam verildiyi hallarda işçi gələcəkdə əldə etməli olduğu paylar üzrə hüquqlarını itirə və ya sahib olduğu payları nominal və ya daha aşağı qiymətlə şirkətə geri satmalı ola bilər.
Layihədə həmçinin qeyd olunur ki, işçinin pay (səhm) iştirakı planı çərçivəsində əldə etdiyi pay və ya səhm onun əmək haqqısı hesab edilməyəcək və əmək haqqının əvəzi kimi ödənilməyəcək.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 İyul 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri