Icma.az
close
up
RU
İşçilər çalışdıqları şirkətdə pay sahibi OLA BİLƏCƏKLƏR

İşçilər çalışdıqları şirkətdə pay sahibi OLA BİLƏCƏKLƏR

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İşçilərin şirkətdə pay sahibi olmasına imkan yaradan yeni müqavilə növü müəyyənləşdirilir.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
Layihəyə əsasən, işçilərin şirkətdə pay və ya səhm əldə etməsini tənzimləyən yeni müqavilə növü tətbiq olunacaq.
Layihə ilə Məcəlləyə “İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə” anlayışı əlavə edilir.
Bu müqavilə kommersiya hüquqi şəxsin təsisçisinin (iştirakçısının) və ya onun səlahiyyəti əsasında işəgötürənin təşəbbüsü ilə işçiyə güzəştli şərtlərlə və ya ödənişsiz əsaslarla müəssisənin paylarının (səhmlərinin) verilməsi, yaxud gələcəkdə həmin payları (səhmləri) əldə etmək hüququnun tanınması ilə bağlı münasibətləri tənzimləyəcək.
Layihədə qeyd olunur ki, işçinin pay və ya səhm üzərində tam hüquq əldə etməsi üçün, təsisçi və ya işəgötürənlə işçi arasında bağlanan işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə payların (səhmlərin) işçinin tam mülkiyyətinə keçməsi üçün aşağıdakı xüsusi şərtlərdən biri müəyyən edilə bilər:
-zamana əsaslanan şərt: tərəflər arasında müəyyən edilmiş müddət ərzində işçinin işəgötürənlə əmək münasibətlərində olması şərtilə paya (səhmə) olan hüququnun hissə-hissə və ya müddətin sonunda tam qüvvəyə minməsi;
-hədəfə əsaslanan şərt: işçinin və ya kommersiya hüquqi şəxsin fəaliyyətində müəyyən hədəflərə nail olunması şərtilə paya (səhmə) olan hüququnun qüvvəyə minməsi
Tərəflər işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə bu Məcəllənin 76-1.1-ci maddəsinə uyğun olaraq, əmək münasibətlərinə xitam verilməsi əsaslarından asılı olaraq paya (səhmə) olan hüquqlarının əldə edilib-edilməməsi nəticələrini müəyyən edə biləcəklər.
Layihəyə əsasən, əmək münasibətlərinə xitam verilməsi işçinin pay (səhm) iştirakı planı çərçivəsində əldə etdiyi və ya əldə etməli olduğu paylara təsir göstərə biləcək.
Belə ki, tərəflər arasında bağlanacaq müqavilədə əmək müqaviləsinə hansı əsaslarla xitam verilməsindən asılı olaraq müxtəlif hüquqi nəticələr müəyyən edilə bilər. İşçinin öz təşəbbüsü ilə işdən ayrılması, iş yerlərinin ixtisarı, işəgötürənin ləğvi, əmək qabiliyyətinin itirilməsi, ölüm və digər hallarda işçinin hələ əldə etmədiyi paylar üzrə hüquqlarının tam və ya qismən tanınması, yaxud əldə etdiyi payların bazar qiyməti ilə şirkətə və ya təsisçiyə geri satılması nəzərdə tutula bilər.
Eyni zamanda əmək intizamının kobud şəkildə pozulması və ya təqsirli hərəkətlərə görə əmək müqaviləsinə xitam verildiyi hallarda işçi gələcəkdə əldə etməli olduğu paylar üzrə hüquqlarını itirə və ya sahib olduğu payları nominal və ya daha aşağı qiymətlə şirkətə geri satmalı ola bilər.
Layihədə həmçinin qeyd olunur ki, işçinin pay (səhm) iştirakı planı çərçivəsində əldə etdiyi pay və ya səhm onun əmək haqqısı hesab edilməyəcək və əmək haqqının əvəzi kimi ödənilməyəcək.
Günay Şahmar, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 İyun 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri