Icma.az
close
up
RU
İşçilərə verilən əlavə ÖDƏNİŞ 13cü maaş Azərbaycanda KİMLƏRƏ verilir?

İşçilərə verilən əlavə ÖDƏNİŞ 13cü maaş Azərbaycanda KİMLƏRƏ verilir?

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

13-cü maaş bir çox ölkədə, o cümlədən Azərbaycanda, işçilərə ilin sonunda verilən əlavə ödənişdir. Bu, əsas maaşa əlavə olaraq işçilərə verilən, adətən ilin sonunda və ya tətil dövründə mükafat şəklində olan bir ödənişdir. Əsas məqsəd, işçilərin illik iş fəaliyyətlərinə görə bir növ təşəkkür etmək və onlara maliyyə baxımından əlavə dəstək verməkdir.
 

MÖVZU İLƏ BAĞLI:
ŞAD XƏBƏR! Uzun illərdən sonra bu qurumlarda “13-cü maaş” veriləcək


Çox vaxt işçinin əsas maaşının bir həftəsi qədər olan bu ödəniş, ilin sonunda işçilərə təqdim edilir. 13-cü maaşın verilməsi bəzi ölkələrdə qanuni tələblərlə tənzimlənir və bu əlavə ödəniş məcburi hala gətirilib. Azərbaycanda isə bu, əsasən şirkətlərin siyasətinə və işçi ilə bağlanmış əmək müqaviləsinə görə dəyişir.
13-cü maaşın xüsusiyyətləri
Bəziləri düşünür ki, əlavə maaşın, bonusların verilməsi müəssisənin gəlirlərini aşağı salır və büdcəsinə mənfi təsir göstərir. Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Xalid Kərimli bildirib ki, 13-cü maaşın verilməsi işçilərin motivasiyası üçün önəmlidir.
“13-cü maaşın verilməsi şirkətin özünün rəhbərliyinin işçilərini həvəsləndirməsidir.
Rəhbər, əsasən də özəl sektorda bu qərarları verməkdə sərbəstdir. Xalis mənfəətlərini işçiləri ilə paylaşırlar. Təbii ki, bu da şirkətin xərcidir, mənfəətini azaltmış olur, bir ay əlavə xərc yaranmış olur. Amma şirkət rəhbəri qazancının bir hissəsini işçilərlə bölüşür. Işçiləri saxlamaq, loyallığını, motivasiyasını artırmaq üçün önəmli addımlardan biridir. Bundan başqa hətta şirkətlər öz işçilərinə bonuslar da verirlər”.
13-cü maaşın yaranması və tətbiq edilməsi
13-cü maaş ənənəsi ilk növbədə Latın Amerikasında, xüsusilə Braziliyada yaranıb. Braziliyada bu ödəniş 1962-ci ildən etibarən qanunla təsbit edilib. Həmin dövrdə hökumət, işçiləri ilin sonunda əlavə maliyyə dəstəyi ilə təmin etmək və onların rifahını artırmaq məqsədini güdürdü. Azərbaycan qanunvericiliyi, bu ödənişi rəsmi şəkildə tənzimləməsə də, bəzi şirkətlər və dövlət qurumları işçilərinə ilin sonunda əlavə ödəniş verməkdə davam edir.
Nuray, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:302
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Dekabr 2024 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri