İşçilərin şikayət etdiyi Grab Star ın keçmiş direktoru cərimələndi
Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
Xəbər verdiyimiz kimi, "Maple Trading" Məhdud Məhsuliyyətli Cəmiytyətinə (MMC) məxsus "Grab Star" ərzaq və şirniyyatlar mağazaları şəbəkəsi yeni yaradılan "Grand Novatra" MMC-yə satılıb. "Maple Trading" bağlandığından xeyli sayda işçi şirkətin rəhbəri Anar Məmmədov barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət ediblər.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən "Maple Trading" MMC-yə məxsus "Grab Star" mağazasında xanım işçi N.Kaltayevanın əmək müqaviləsi hüquqi qüvvəyə minmədən satış üzrə məsləhətçi vəzifəsi üzrə işlərin və xidmətlərin görülməsinə cəlb edildiyi müəyyən edilib.
Xidmətin əməkdaşları tərəfindən "Maple Trading" şirkətinin direktoru Məmmədov Anar Zakir oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1- ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məhkəmənin qərarı ilə şirkət rəhbəri 20 min manat cərimələnib. Anar Məmmədov birinci instansiya məhkəmənin hökmündən Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Sahibkarın nümayəndəsi bildirib ki, Anar Məmmədovun rəhbərlik etdiyi şirkət İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyib. MMC-nin bağlanması ilə əlaqədar olaraq həmin cəmiyyətdə işləyən işçilər məcburiyyətdən ixtisar edildiyi üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət ediblər.
Dövlət xidmətinin əməkdaşı məhkəmədə MMC-nin nümayəndəsinin müdafiəsini məsuliyyətdən yayınmaq məqsədi ilə sonradan düşünülərək irəli sürülmüş mülahizə kimi qiymətləndirib.
Sahibkarın apellyasiya şikayəti təmin edilməyib.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 13 Yanvar 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















