Icma.az
close
up
RU
“Landmark”ın keçmiş sahibi 10 aydır işçilərin maaşını ödəmir ŞİKAYƏT

“Landmark”ın keçmiş sahibi 10 aydır işçilərin maaşını ödəmir ŞİKAYƏT

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“10 aydır ki, əmək haqqımızı ala bilmirik. Bütün müraciətlərimiz isə cavabsız qalır”.
 

MÖVZU İLƏ BAĞLI: 

Ölkədən getdiyi deyilən “Landmark”ın sahibi Nərgiz Nəsrullayevadan AÇIQLAMA: “Bu barədə danışmaq istəmirəm…”


Bu barədə “Libra” şirkətinin bir qrup əməkdaşının Bizim.Media-ya ünvanladığı şikayətdə bildirilib.
“2025-ci il aprel ayının 28-də "Libra" şirkətinin hesablarına blok qoyuldu. Bu şirkət Nizami küçəsi 90A ünvanında yerləşən “Landmark” binasının sahibi idi. Şirkətin “Aqrarkredit” bank olmayan kredit təşkilatına borcu var idi. Həmin borcları ödəmədikləri üçün bina başqa şirkətin nəzdinə keçdi. Beləcə, "Libra" şirkəti də bağlandı, hesablarına blok qoyuldu. Nəticədə 50-ə yaxın işçinin əvvəlki aylardan qalan əmək haqları ödənilmədi.
 

“Aqrarkredit”lə girdikləri bütün məhkəmləri uduzduqları üçün artıq 10 aydır ödənişləri edə bilmirlər. Qeyd edək ki, bu şirkətin rəhbəri Eran Müdüroğludur. O, “Libra”dan əlavə “Neptun” şirkətinin də sahibidir. Hazırdan bütün əməliyyatlar digər şirkət üzərindən edildiyi üçün əmək haqqı heç kimin yadına düşmür”, deyə şikayətçilər qeyd edib.


Məsələ ilə bağlı “Libra” şirkəti ilə əlaqə saxladıq. Şirkətdən Bizim.Media-ya verilən açıqlamada, sözügedən problemin olduğu etiraf edilib:
“Hazırda danışıqlar gedir. Çalışırıq ki, yaxın zamanda problem həll edilsin”.

Mövzunu diqqətdə saxlayacağıq.
Qeyd edək ki, “Müdüroğlu” ailəsinin ölkəmizdəki biznesinin qanuni təmsilçisi Nərgiz Nəsrullayeva olub. O, 1996-2001-ci illərdə Azərbaycanın İqtisadiyyat naziri, 2001-2007-ci illərdə Hesablama Palatasının 1-ci sədri vəzifəsində çalışmış Namiq Nəsrullayevin qızıdır.
Nərgiz Eran Müdüroğlunun həyat yoldaşıdır. O, Dövlət Neft Fondu icra direktorunun müşaviri vəzifəsində çalışıb. Bir neçə ilə əvvəl N.Nəsrullayeva həyat yoldaşı ilə birlikdə Avropaya köçüb.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Fevral 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri