Icma.az
close
up
RU
İşçinin əsas və ya əlavə iş yerindən ezamiyyətə göndərilməsi YENİ QAYDA

İşçinin əsas və ya əlavə iş yerindən ezamiyyətə göndərilməsi YENİ QAYDA

Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əmək Məcəlləsinin yeni redaksiyasında işçilərin və işəgötürənlərin hüquqları ilə bağlı dəyişikliklər, yeni anlayışlar, hüquqlar təsbit edilib. Onlardan biri də əsas və əlavə iş yerlərində çalışan işçilərin ezamiyyətə göndərilməsinin tənzimlənməsi ilə bağlıdır.

Yeniliyi  əmək qanunvericiliyi üzrə ekspert Kəmalə Yusifova şərh edir.

İşçinin əmək funksiyalarından biri də ezamiyyətdir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-1-ci hissəsinə əsasən, ezamiyyət – işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçinin müəyyən olunmuş müddətə iş yerindən başqa yerə işəgötürənin qanunauyğun tapşırığını yerinə yetirmək üçün getməsidir. Ezam olunan işçinin əsas hüquqlarından biri də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş ezamiyyə xərcləri normalarından az olmayan məbləğdə ezamiyyə xərclərini almaqdır. Bütün bunlar Əmək Məcəlləsi və Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir.

Bu ildən Əmək Məcəlləsinin 130-cu maddəsində edilmiş dəyişiklik qüvvəyə minib. 30 dekabr 2025-ci il tarixli 332-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 130-cu maddəyə yeni məzmunda “j” və “k” bəndləri əlavə edilib.

Məcəllənin yeni qüvvəyə minmiş 130-cu maddəsinin “j” bəndinə əsasən, əsas iş yerindən ezamiyyətə gedən işçiyə əlavə iş yerində əsas iş yeri üzrə ezamiyyə müddətində ödənişsiz məzuniyyətlər verilir. Həmin maddənin “k” bəndində isə göstərilib ki, əlavə iş yerindən ezamiyyətə gedən işçiyə əsas iş yerində əlavə iş yeri üzrə ezamiyyə müddətində ödənişsiz məzuniyyət verilir.

Yəni işçi əsas və ya əlavə iş yerlərindən birindən ezamiyyətə göndərilirsə, digər iş yerində ona ezamiyyə günləri qədər ödənişsiz məzuniyyət verilməlidir.

Misal: Tutaq ki, işçi əsas iş yeri üzrə 26 yanvar 2026-cı il tarixdən 31 yanvar 2026-cı il tarixədək ezamiyyətə göndərilir. Bu halda, əlavə iş yerində işçinin ərizəsinə (əsas iş yerindən ezamiyyətə göndərildiyinə dair sənəd təqdim etməklə) əsasən, 26 yanvar 2026-cı il tarixdən 31 yanvar 2026-cı il tarixədək ödənişsiz məzuniyyət verilir. Eyni hal əlavə iş yerindən ezam olunduqda əsas iş yeri üçün keçərlidir.

Əmək Məcəlləsinin 10-cu maddəsinin “f” bəndinə əsasən, bu Məcəllədə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək işçinin əmək müqaviləsi üzrə əsas vəzifəsi sayılır. Həmçinin, Məcəllənin 11-ci maddəsinin “h” bəndində göstərilib ki, işəgötürənin əsas hüquqlarından biri də müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, işçiləri ezamiyyətə göndərməkdir.

Göründüyü kimi, Əmək Məcəlləsinin bu müddəalarına əsaslanan işəgötürənin işçini ezamiyyə göndərmək hüququ vardır. Bəs bütün kateqoriyalardan olan işçiləri işəgötürən ezamiyyətə göndərə bilərmi?

Əmək Məcəlləsinin 242-ci maddəsində bəzi işçilərin ezamiyyətə göndərilməsində məhdudiyyətlər yer alıb. Onlardan biri də hamilə qadınlardır. Maddənin 1-ci bəndində göstərilib ki, hamilə, 14 yaşınadək uşağı olan, həmçinin əlilliyi olan uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol verilir.

Əmək Məcəlləsinin 254-cü maddəsinə görə, yaşı 18-dən az olan işçilərin ezamiyyətə göndərilməsi də qadağandır.

vergilər.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://banco.az
archiveBu xəbər 30 Yanvar 2026 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see506

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see222

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see209

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see208

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see197

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see184

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see179

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see175

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see175

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see156

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see155

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see152

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see150

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see144

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri