Ezamiyyətə göndərilən işçinin hansı hüquqları var?
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 31 avqust, AZƏRTAC
Əmək qanunvericiliyinə əsasən, işçinin ezamiyyətə göndərilməsi zamanı onun bir sıra əmək və sosial təminatları qorunur.
Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İşçi ezamiyyətdə olduğu müddətdə, o cümlədən yolda olduğu vaxt ərzində onun əsas iş yeri (vəzifəsi) və orta əməkhaqqı saxlanılır.
Ezamiyyətə göndərilən işçinin qanunvericiliklə müəyyən edilmiş normalardan az olmayan məbləğdə ezamiyyə xərclərini almaq hüququ var.
İşçinin ezamiyyətə getdiyi və ya ezamiyyətdən qayıtdığı gün işəgötürənin tapşırığı ilə istirahət və ya iş günü hesab edilməyən bayram gününə təsadüf etdikdə, həmin gün üçün işçiyə əmək qanunvericiliyinə uyğun olaraq əlavə əməkhaqqı və ya əlavə istirahət günü verilir.
Ezamiyyətdə olduğu müddətdə işçi əmək qabiliyyətini müvəqqəti itirdikdə və səhhətinə görə xidməti tapşırığı yerinə yetirmək və ya daimi yaşayış yerinə qayıtmaq imkanında olmadıqda, bu hal müvafiq qaydada təsdiq edilməklə ona müəyyən edilmiş qaydada ezamiyyə xərcləri ödənilir. Həmin dövr üçün işçiyə ümumi əsaslarla əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilir.
Qanunvericilikdə ayrı-ayrı işçi kateqoriyalarının ezamiyyətə göndərilməsi ilə bağlı məhdudiyyətlər də müəyyən edilib. Belə ki, 18 yaşına çatmamış işçilərin ezamiyyətə göndərilməsi qadağandır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 31 Avqust 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















