İşçinin məzuniyyətdə olduğu müddətdə aldığı əməkhaqqı yeni qaydada müəyyənləşəcək
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İşçinin məzuniyyətdə olduğu müddətdə aldığı əməkhaqqı yeni qaydada müəyyənləşəcək.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu keçirilən iclasında Əmək Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib.
Adil Vəliyev deyib ki, işçinin məzuniyyətdə olduğu müddətdə aldığı əməkhaqqı sonuncu əməkhaqqından az olmamaqla ödənilməsi ilə bağlı ƏM-nin 117-ci maddəsinə tənzimləmə gətirilir.
O cümlədən təcrübədə yaranan uyğunsuzluqların aradan qaldırılması məqsədilə Məcəllənin 177-ci maddəsində həmin maddənin 2-ci və 3-cü hissələrində göstərilən hallarda hesablanmış bir günlük əməkhaqqı qismən ödənişli sosial məzuniyyətdə və işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işçinin sonuncu bir günlük əmək haqqından az olduğu halda sonuncu bir günlük əməkhaqqınin tətbiq edilməsi ilə bağlı dəyişiklik edilir.
Baxış sayı:30
Bu xəbər 10 Dekabr 2025 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















