Icma.az
close
up
RU
İşdə tənqidlə qarşılaşdıqda necə davranmalıyıq?

İşdə tənqidlə qarşılaşdıqda necə davranmalıyıq?

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İş mühitində tənqidə rast gəlmək hər bir əməkdaş üçün qaçılmaz haldır. Bu, müxtəlif situasiyalarda, fərqli yanaşmalarla ortaya çıxa bilər. Əsas məsələ isə bu deyil, əsas məsələ ondan sonrakı davranışdır. Çünki tənqid qarşısında atılan addımlar insanın peşəkar yolunu müəyyənləşdirə bilər. Bəs tənqidlə qarşılaşdıqda necə davranmalıyıq ki, bu, iş fəaliyyətimizə mənfi təsir göstərməsin?

News24.az işdə tənqidə düzgün yanaşmağın 6 yolunu təqdim edir.

Şəxsi qəbul etməyin

Tənqid sizin kimliyinizə deyil, gördüyünüz işə yönəlib. Emosiyalara qapılmaq əvəzinə, məntiqi yanaşmaq peşəkar davranışın əsas göstəricisidir. Sakit olun və qarşı tərəfin nə demək istədiyini anlamağa çalışın. Unutmayın ki, hər tənqid sizə özünüzü daha yaxşı görmək imkanı yaradır.

Sakit qalın və dinləyin

İlk anda etiraz etmək istəyə bilərsiniz, lakin bu reaksiyanı nəzarətdə saxlamaq çox vacibdir. Qarşı tərəfə sözünü bitirməyə imkan vermək həm səbir, həm də hörmət əlamətidir. Reaksiyanız nə qədər sakit və nəzakətli olsa, bir o qədər güclü görünərsiniz. Sizə deyilənləri tam dinləmədən müdafiəyə keçmək daha çox zərər verə bilər.

Obyektiv yanaşın və fayda çıxarın

Tənqid sizi daha yaxşı olmağa yönəldə bilər. Fikirlərlə razılaşmasanız belə, onları soyuqqanlılıqla analiz edin. İstənilən geri bildirimdə inkişaf üçün bir mesaj mövcuddur.

Əsas olan həmin mesajı tutmaq və özünüzdə tətbiq etməkdir.

Müdafiəyə keçməzdən əvvəl düşünün

Əgər deyilənlər sizə haqsız görünürsə, əvvəlcə səbəbləri başa düşməyə çalışın. Emosional reaksiya deyil, əsaslı arqumentlərlə cavab vermək daha çox dəyər qazandırır. Mübahisə etməyin, izah edin. Düşünülmüş cavablar sizi həm ağıllı, həm də etibarlı biri kimi göstərə bilər.

Kin saxlamayın

Tənqidə görə inciklik və soyuqluq yaratmaq iş mühitinə zərər verə bilər. Əgər danışmağa ehtiyac duyacaqsınızsa, şəxsi şəkildə, sakit tonda məsələyə aydınlıq gətirin. Münasibətləri qorumaq peşəkarlığın bir parçasıdır. Unutmayın ki, kin saxlamaq keçmişə ilişib qalmaqdır, irəliləmək üçün buraxmaq lazımdır.

Gələcək üçün istifadə et

Tənqid sizə nəyi düzəltməli olduğunuzu göstərirsə, bu artıq bir qələbədir. Cavabınızı sözünüzlə yox, işinizlə göstərin. Davamlı və səmərəli nəticələr sizi avtomatik olaraq haqlı çıxaracaq.

Əsas olan tənqid sonrası atdığınız addımlardır, sizi irəli aparan da məhz budur./valyuta

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 May 2025 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri