Icma.az
close
up
RU
İşdən çıxanlara bu halda pul verilir

İşdən çıxanlara bu halda pul verilir

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İşçi işdən çıxarkən onunla mütləq son haqq hesab aparılmalıdır. Bu, əmək qanunvericiliyinin tələblərindən biridir. 
Bəs son haqq-hesab nədir və necə hesablanır?
Bizim.Media xəbər verir ki, son haqq hesab dedikdə işçinin işlədiyi dövr ərzində qazandığı, lakin hələ ödənilməmiş bütün məbləğlər nəzərdə tutulur.
Belə ki, işçi istər öz ərizəsi ilə, istər işəgötürənin təşəbbüsü ilə, istərsə də əmək müqaviləsinin müddəti başa çatdığı üçün işdən azad edilsin, bütün hallarda ona son ay üzrə işlədiyi günlərin əməkhaqqı, istifadə olunmamış məzuniyyət günlərinə görə ödəniş, eləcə də qanunla nəzərdə tutulan digər mümkün kompensasiyalar ödənilməlidir.
Məzuniyyət istifadə olunubsa, yenə pul verilirmi?
Əgər işçi illik məzuniyyət hüququndan tam istifadə edibsə, bu halda həmin məzuniyyət günlərinə görə əlavə ödəniş edilmir. Hətta işçi məzuniyyətdən qayıtdıqdan sonra bir müddət işləyib və daha sonra işdən çıxıbsa belə, artıq istifadə olunmuş məzuniyyətə görə yenidən pul ödənilmir.
Lakin işçi məzuniyyətini qismən istifadə edibsə və ya ümumiyyətlə istifadə etməyibsə, həmçinin məzuniyyətdən sonra işlədiyi müddətə görə yeni məzuniyyət günləri yaranıb və onlar istifadə olunmayıbsa, həmin günlərə görə işçiyə müvafiq ödəniş verilməlidir.
Məbləğ necə hesablanır?
İstifadə olunmamış məzuniyyət günlərinə görə ödəniş işçinin orta gündəlik əməkhaqqısı əsasında hesablanır. Orta gündəlik əməkhaqqı son 12 ay ərzində aldığı əməkhaqlarının cəminin həmin dövrdəki iş günlərinin sayına bölünməsi ilə müəyyən edilir. Alınan məbləğ istifadə olunmamış məzuniyyət günlərinin sayına vurularaq yekun ödəniş hesablanır.
Ödəniş nə vaxt verilməlidir?
Qanunvericiliyə əsasən, işçiyə məxsus bütün ödənişlər işdən çıxarıldığı gün və ya ən gec növbəti iş günündə verilməlidir. Son haqq hesabın gecikdirilməsi və ya ödənilməməsi işəgötürən üçün inzibati məsuliyyət yaradır. (Metbuat.az)
Bizim.Media 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:286
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Yanvar 2026 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see363

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see333

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see315

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see259

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see245

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see233

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see212

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see207

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see198

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see197

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see190

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see185

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see184

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see179

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see176

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see171

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see162

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri