Icma.az
close
up
RU
İşdən çıxanda bu şəxslərə pul verilir

İşdən çıxanda bu şəxslərə pul verilir

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda işçilərin işdən çıxarılması prosesi Əmək Məcəlləsi ilə ciddi şəkildə qorunur. İşçinin öz istəyi ilə işdən ayrılması və ya işəgötürənin təşəbbüsü ilə ixtisara düşməsi fərqli hüquqi nəticələr doğurur. Xüsusilə ixtisar prosesində dövlət vətəndaşın sosial müdafiəsini təmin etmək üçün müəyyən ödənişlərin edilməsini məcburi hesab edir.
Məsələnin Azərbaycanda necə tənzimlənməsi haqqında Demokrat.az-a danışan vəkil Emil Aslanov bildirib ki, işçiyə ixtisar halında kompensasiya verilməlidir:
"Əgər mümkündürsə, işçi digər oxşar işə keçirilməlidir. Əgər onun iş stajı və digər güzəştləri varsa, bununla bağlı digər işə keçirilməlidir. Əgər digər iş mümkün deyilsə, bu halda ona işdən çıxma kompensasiyası verilməlidir. Məsələn, məcburi köçkünlərin işdən çıxarılması zamanı, öhdəsində yetkinlik yaşına çatmayan uşaqları olduqda, işdən çıxarılmada müəyyən imtiyazlar tətbiq olunur".
Hüquqşünas bildirib ki, ixtisar zamanı bəzi qruplara üstünlük verilir. Öhdəsində azyaşlı uşağı olan şəxslər və ya məcburi köçkün statusuna malik olanlar işdə saxlanmaq üçün qanuni imtiyazlara sahibdirlər. Bu şəxslərin ixtisara salınması yalnız başqa seçim qalmadıqda mümkündür.
Vəkil deyib ki, işçi öz şəxsi ərizəsi ilə işdən çıxırsa, ona aylıq kompensasiya verilmir:
"Sadəcə məzuniyyət pulları düzgün hesablanmaqla son haqq-hesab, yəni işlədiyi dövrlər ərzində maaşında verilmiş hər hansı əlavələr, premiyalar və.s ödənilməlidir".
Yəni, işçi öz ərizəsi ilə vəzifəsindən ayrıldıqda isə vəziyyət bir qədər fərqlidir. Belə hallarda işəgötürən tərəfindən hər hansı əlavə kompensasiya və ya müavinət ödənilmir. İşçiyə sadəcə istifadə etmədiyi məzuniyyət günlərinin pulu və faktiki işlədiyi günlərin maaşı verilir. Bura əmək müqaviləsində nəzərdə tutulan mükafatlar və digər əlavələr də daxil edilir. Son haqq-hesab işçinin işdən çıxdığı sonuncu iş günündə tam şəkildə ödənilməlidir.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Aprel 2026 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri