Icma.az
close
up
RU
İşə bir saatdan gec çatırsınızsa 40 faiz artıq maaş almalısınız

İşə bir saatdan gec çatırsınızsa 40 faiz artıq maaş almalısınız

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Böyük Britaniyada aparılan yeni tədqiqatlar gündəlik işə gediş-gəliş vaxtının işçilərin psixoloji sağlamlığına və iş məmnuniyyətinə birbaşa təsir etdiyini göstərib.

“Qafqazinfo” xəbər verir ki, “Chase” maliyyə təşkilatının 2000 britaniyalı işçi arasında keçirdiyi sorğuya əsasən, özünü ən rahat hiss edən şəxslər işə maksimum 29 dəqiqəyə çatanlardır.

Səfər müddəti 45 dəqiqəni keçdikdə isə işçilərdə daha işə başlamadan mənfi əhval-ruhiyyə və yüksək stress səviyyəsi müşahidə olunur. Tədqiqat göstərir ki, şəxsi avtomobili ilə gedən və yolda musiqi dinləyənlər, eləcə də, piyada və ya velosipeddən istifadə edənlər bu prosesi daha müsbət qiymətləndirirlər.

Qərbi İngiltərə Universitetinin (UWE) 5 il ərzində 26000-dən çox işçi arasında apardığı digər bir araşdırma isə daha diqqətçəkən məqamları üzə çıxarıb. Məlum olub ki, yolda keçirilən vaxtın gündəlik 20 dəqiqə artması əməkhaqqının 19 faiz azaldılması ilə eyni mənfi effekti verir. Xüsusilə avtobusla hərəkət edənlər daha böyük gərginlik yaşayırlar.

İqtisadçılar Bruno Frey və Alois Ştutser bu vəziyyəti “işə gediş paradoksu” adlandırırlar. İnsanlar, adətən, daha yüksək maaş və ya daha ucuz mənzil xatirinə iş yerindən uzaqda yaşamağa razı olurlar. Lakin hesablamalara görə, hər gün bir istiqamətdə 1 saat yol gedən şəxsin evinin yaxınlığında işləyən biri ilə eyni həyat məmnuniyyətinə çatması üçün 40 faiz daha çox məvacib alması şərtdir.

Harvard Universitetinin politoloqu Robert Patnam isə əlavə edir ki, yolda keçən hər əlavə 10 dəqiqə insanın ailəsi və dostları ilə sosial əlaqələrini 10 faiz zəiflədir. Mütəxəssislər bu mənfi təsirləri aradan qaldırmağın ən effektiv yolunun distant (evdən) iş modelinə keçid olduğunu bildirirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 31 Oktyabr 2026 07:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri