Icma.az
close
up
RU
İşə qəbul olmaq istəyirsiniz? Elə isə bunları etməyin

İşə qəbul olmaq istəyirsiniz? Elə isə bunları etməyin

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İşə qəbul zamanı CV çox önəmlidir”.

Bu sözləri insan resursları və işə qəbul üzrə mütəxəssis Sevda Quliyeva “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, CV ("Curriculum Vitae" ifadəsinin qısaldılmış formasıdır, latın dilindən tərcümədə "həyat yolu" deməkdir) hazırlayarkən bir çox nüansa diqqət etmək lazımdır:

“İlk növbədə CV səliqəli və rəsmi hazırlanmalıdır. Şəkil də mütləq şəkildə rəsmi olmalıdır. CV-də “selfie”, eynəkli və ya qeyri-rəsmi foto istifadə edilməməlidir. Nəzərə almaq lazımdır ki, istifadə olunan şəkil sayəsində namizəd haqqında müəyyən mənada ilkin təsəvvür formalaşır. Hətta sosial şəbəkə hesablarınızda belə profilə rəsmi şəkil qoymağınız daha yaxşı olar. Çünki işə götürüləcək insanın profil şəkilləri və paylaşımları da əhəmiyyət kəsb edir”.

Ekspert qeyd edib ki, CV-də göstərilən bütün məlumatlar dəqiq olmalıdır:

“Namizədin özü barədə məlumatlar, daha öncəki iş yerləri, dil bilikləri, kompüter bacarıqları da dəqiq şəkildə qeyd olunmalıdır. Bütün bu detallara diqqət yetirilir. 

Məsələn, mən CV-lərdəki bütün məlumatlara diqqət edirəm. Ümumiyyətlə, CV insan barədə ilkin fikir formalaşdıra bilir.

Bundan başqa, hansısa iş üçün müraciət edəndə məlumatları telefonda verməyin. Onsuz da qarşı tərəf bunu yadda saxlaya bilməyəcək. Ən yaxşısı CV göndərməkdir. Eyni zamanda, CV-lərdə məlumatlar lokanik olmalıdır.

Maksimum 2 səhifə ola bilər. Bundan başqa səliqəli, peşəkar şəkildə hazırlanmalı və tam rəsmi olmalıdır. Təbii ki, PDF (Portable Document Format - Daşına bilər Sənəd Formatı) variantında olması da mütləqdir. Bu detallar da çox mühüm rol oynayır”.

Onun sözlərinə görə, CV-də sonuncu iş yeri ən üstdə qeyd olunmalıdır:

“Yəni çalışdığınız iş yerlərini əvvəldən deyil, sondan etibarən yazın. Ona görə ki, CV-ləri qəbul edənlərin onlara baxma müddəti təxminən 1 dəqiqə olur. Həmin müddət ərzində də əsas detallara diqqət yetirilir. Sonuncu iş yerinin yuxarıda yazılması ilə diqqəti ona yönəldir. Vəzifədən asılı olaraq lazım olan detallara baxırıq.

Məsələn, dil biliyi tələb olunan sahədirsə, avtomotik şəkildə CV-də ilk olaraq xarici dil biliyinə baxmaqla başlayırıq. Maliyyə direktoru vakansiyası üzrə isə əsasən maliyyə təhsili, təcrübələri və sertifikatlarına nəzər salırıq”.

Mütəxəssis vurğulayıb ki, namizədin iş yerlərində nə qədər müddət işlədiyi də çox önəmlidir:

“Çox tez-tez iş yerini dəyişən namizədlərə üstünlük verilmir. CV-də qısa müddətdə fərqli iş yerlərində çalışdığını qeyd edən insana geridönüş ehtimalı nisbətən azalır. Ümumiyyətlə, namizədin tez-tez iş dəyişməsi qarşı tərəfdə narahatlıq yaradır. 

Çünki bu işdən də 2-3 ay sonra çıxa bilər. Deməli, bu adam işləməyə maraqlı deyil. Ona görə də həmin CV kənara qoyulur və baxılmır. Bundan başqa, CV adına fərqli adlar yazmayın. Bunu etmək qeyri-ciddi qəbul olunur. Sadəcə öz adınızı yazmaq kifayətdir”.

Həmsöhbətimiz onu da əlavə edib ki, hələ bəzi iş yerlərində CV yox, tanışlıq keçir:

“Elə yerlər var ki, orada vakansiya verilsə də, adamı tanışlıqla işə götürürlər. Belə yerlərdə CV-lərə baxılmır. Lakin bu, uğurlu effekt vermir.

Tanışlıqla bilik-bacarığı olmayan şəxsi seçmək sonda problemə səbəb olur. İndiki dövrdə CV-lərə daha çox baxılır və bu işlə məşğul olan peşəkar şirkətlərdən namizəd tapmaları istənilir”.

Elmir Mustafa
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Oktyabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri