Icma.az
close
up
RU
İşə qəbul olunmaq üçün nələrə diqqət etmək lazımdır? Ekspertdən tövsiyələr

İşə qəbul olunmaq üçün nələrə diqqət etmək lazımdır? Ekspertdən tövsiyələr

Icma.az, Olke.az saytına istinadən bildirir.

İşə qəbul prosesi bir çox namizəd üçün karyerada ən vacib mərhələlərdən biridir. Müsahibədə düzgün yanaşma isə nəticəni birbaşa dəyişə bilir.

Bəs iş görüşməsində fərq yaratmaq və müsbət nəticə almaq üçün nələrə diqqət etmək lazımdır?

İnsan resursları üzrə ekspert Röyal Əhmədov Ölkə.az-a açıqlamasında bildirib ki, iş müsahibəsi bir çox insan üçün həm həyəcanlı, həm də müəyyən qədər stress yaradan bir prosesdir.

Onun sözlərinə görə, lakin düzgün hazırlıq və doğru yanaşma bu mərhələni namizədin üstünlüyünə çevirə bilər:

"Təcrübə göstərir ki, müsahibədə uğur qazanmaq yalnız peşəkar bilik və bacarıqlardan deyil, eyni zamanda namizədin özünü təqdimetmə qabiliyyətindən, ünsiyyət bacarıqlarından və hazırlıq səviyyəsindən də asılıdır.

Müsahibəyə getməzdən əvvəl namizəd müraciət etdiyi şirkət və vakansiya haqqında ətraflı məlumat toplamalıdır. Şirkətin fəaliyyət istiqaməti, korporativ dəyərləri və vakansiyanın tələbləri barədə məlumatlı olmaq həm verilən suallara daha dəqiq cavab verməyə, həm də işəgötürəndə müsbət təəssürat yaratmağa kömək edir. Təəssüf ki, bəzi namizədlər yalnız CV göndərməklə kifayətlənir və müsahibəyə hazırlıqsız qatılırlar ki, bu da onların uğur şansını azalda bilir.

Müsahibə zamanı səmimi olmaq və öz bacarıqlarını real şəkildə təqdim etmək vacibdir. Namizəd bilmədiyi bir məsələni bildiyini göstərməyə çalışmamalı, əksinə öyrənməyə açıq olduğunu ifadə etməlidir. Çünki işəgötürənlər çox zaman hər şeyi bilən deyil, inkişaf etməyə və öyrənməyə hazır olan əməkdaşları daha yüksək qiymətləndirirlər".

Ekspert onu da qeyd edib ki, digər vacib məqamlardan biri isə ünsiyyət və davranışdır:

"Namizədin özünü necə ifadə etməsi, sualları necə dinləməsi, cavabları hansı formada təqdim etməsi onun peşəkar imicinin formalaşmasında mühüm rol oynayır. Eyni zamanda vaxtında gəlmək, uyğun işgüzar geyim seçmək və etik davranış qaydalarına riayət etmək də müsahibənin nəticəsinə təsir edən amillər sırasındadır.

Mənim fikrimcə, iş müsahibəsinə yalnız qiymətləndirmə prosesi kimi deyil, qarşılıqlı tanışlıq və əməkdaşlıq imkanlarının dəyərləndirilməsi kimi yanaşmaq lazımdır. Namizəd şirkəti tanıdığı kimi, şirkət də namizədi tanımağa çalışır. Buna görə də müsahibə zamanı vakansiya, iş şəraiti və inkişaf imkanları ilə bağlı suallar verməkdən çəkinmək lazım deyil.

Nəticə etibarilə, uğurlu müsahibənin əsas şərtləri hazırlıq, özünəinam, səmimilik və peşəkar davranışdır. Bu amillərə diqqət yetirən namizədlər həm müsahibədə fərqlənə, həm də arzuladıqları işə qəbul olunmaq şanslarını əhəmiyyətli dərəcədə artıra bilərlər".

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 İyun 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see450

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see359

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see358

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see334

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see327

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see326

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see314

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see312

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see312

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see306

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see295

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see286

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see281

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see271

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see268

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see261

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see260

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see252

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see251

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see239
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri