Icma.az
close
up
RU
Simsiz şarj cihazlarını seçərkən nələrə diqqət etmək lazımdır Ekspertdən TÖVSİYƏLƏR

Simsiz şarj cihazlarını seçərkən nələrə diqqət etmək lazımdır Ekspertdən TÖVSİYƏLƏR

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Simsiz şarj cihazları müasir smartfonlar arasında geniş populyarlıq qazanıb. Bu rahat cihazlar qadcetləri istənilən məkanda tez və effektiv şarj etməyə imkan verir. Bəs bütün tələblərə cavab verəcək ideal simsiz şarj cihazını necə seçmək olar?

News24.az-ın "İzvestiya"ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı ekspert Sergey Birjevoy danışıb.

Onun sözlərinə görə, bir neçə növ simsiz şarj cihazı mövcuddur.

"Məsələn, masaüstü modellər - masada, rəf kimi məhdud məkanı olan yerlərdə rahat yerləşdirilə bilən kompakt cihazlardır. Smartfonu şarj etmək üçün sadəcə şarj stansiyasının səthinə qoymaq kifayətdir. Bu cür cihazlar həm ev, həm də ofis istifadəsi üçün idealdır.

Bundan əlavə, "Qi" standartı üzrə simsiz şarjı dəstəkləyən poverbanklar da mövcuddur. Bunlar mobil telefonları, qulaqlıqları və ya səs kolonkalarını şarj etmək üçün uyğundur. Poverbankların əsas üstünlüyü onların kompaktlığı və istifadə rahatlığıdır", - deyə o izah edib.

Mütəxəssisin fikrincə, ilk növbədə smartfonun simsiz şarj imkanını dəstəkləyib-dəstəkləmədiyini və cihazın standart tələblərinə uyğun olub-olmadığını müəyyən etmək lazımdır.

"Həmçinin həddindən artıq qızma və nasazlıqlardan qaçmaq üçün şarj cihazı yüksək keyfiyyətli materiallardan hazırlanmalıdır. Onun səthinin mat və rezin detallar da daxil olmaqla sürüşməyə qarşı xüsusiyyətlərə malik olması tövsiyə olunur. Bu, telefonun düşməsinin qarşısını almağa kömək edəcək. Şarj cihazının səth materialına diqqət yetirin - məsələn, aşağı keyfiyyətli plastik, telefonla tez-tez təmasdan cızıqlar və aşınma izləri ilə örtülür.

Əgər məşhur smartfona sahibsinizsə, "Qi" standartı optimal seçim olacaq. Ən sürətli şarjı seçən "Apple" istifadəçiləri üçün "MagSafe" dəstəkli cihaz uyğun olacaq, eyni zamanda bir neçə cihazı şarj etmək istəyirsinizsə və ya şarj cihazından ictimai yerlərdə istifadə etməyi planlaşdırırsınızsa, "Rezence" variantını nəzərdən keçirin", - deyə Birjevoy bildirib.

O qeyd edir ki, bütün simsiz şarj cihazları eyni şarj sürətini təmin etmir.
"Bu, cihazın özünün gücündən və konkret telefonla uyğunluğundan asılıdır. Əgər mobil telefon sürətli şarj funksiyasını dəstəkləyirsə, 15 Vt və daha yüksək güclü şarj cihazına diqqət yetirmək məqsədəuyğundur.

Əgər siz tez-tez evdə olmursunuzsa, səyahət edirsinizsə və ya ezamiyyətlərə gedirsinizsə, poverbankları nəzərdən keçirmək lazımdır. Rahat həll iki funksiyanı bir cihazda birləşdirir. Əsas məsələ aksesuarın tutumunu yoxlamaqdır (optimal 5 000-20 000 mAh). Həmçinin smartfonunuzun kifayət qədər gücü dəstəklədiyinə əmin olun", - deyə ekspert yekunlaşdırıb./Sonxeber.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 Dekabr 2024 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see197

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see164

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see159

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see149

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see146

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see140

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see136

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see132

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see131

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see130

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see129

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see127

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see127

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see122

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see118

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri