İşə qəbul üzrə 3 000 minə yaxın vakansiya təqdim olunub
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2025-ci təqvim ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2 857 vakansiya təqdim olunub.
Bakıvaxtı.az xəbər verir ki, müsabiqələr nəticəsində təqvim ili ərzində 2 338 nəfər işə qəbul edilib.
Bunlardan:
• 802 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində;
• 980 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində;
• 292 nəfər optimallaşma nəticəsində (Qarabağ və Şərqi Zəngəzur regional təhsil İdarələrinin tabeliyində olan və fəailiyyəti dayandırılan məktəblərin müəllimlərinin yerləşdirilməsi);
• 264 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerini dəyişməsi nəticəsində.
Həmçinin il ərzində ümumi təhsil müəssisələrinə işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 350 nəfərə yaxın ixtisaslı kadr dəvət edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 26 Dekabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















