Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayır
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət (musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq və s.) məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakant yer seçimi mərhələsi başlayır.
Modern.az-ın məlumatına görə, vakant yer seçimi 19–23 noyabr 2026-cı il tarixlərində aparılacaq.
Müsabiqənin test və müsahibə mərhələlərinin nəticələrinə əsasən uğur qazanmış 199 namizəd vakant yer seçimində iştirak etmək hüququna malikdir.
Namizədlər ixtisas və müvafiq keçid ballarına uyğun elan edilmiş vakant yerlərdən ən azı 1, ən çoxu 15-ni seçə bilərlər. Seçim siyahısında namizəd ən çox üstünlük verdiyi vakant yeri birinci, digər vakant yerləri isə üstünlük sırasına uyğun qeyd etməlidir.
Qeyd edək ki, yerləşdirmə müsabiqə üzrə yekun bal və seçim ardıcıllığı əsasında aparılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 19 Noyabr 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















