Icma.az
close
up
RU
İşə qəbulda böyük dəyişiklik: Şirkətlərin 70 faizi Al dan istifadə edəcək

İşə qəbulda böyük dəyişiklik: Şirkətlərin 70 faizi Al dan istifadə edəcək

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Konsaltinq şirkəti “get experts” namizədlərin müraciətlərinin təhlili platforması “Cun” və müsahibələrin keçirilməsi xidməti “Sobeso” ilə birgə araşdırma aparıb. Məlum olub ki, şirkətlərin 49%-i işə qəbul zamanı artıq süni intellektdən (Al) istifadə edir, 21%-i isə yaxın vaxtlarda bunu tətbiq etməyi planlaşdırır. Beləliklə, işəgötürənlərin 70%-i ya süni intellektdən istifadə edir, ya da bunu etməyə hazırlaşır.

Qaynarinfo xəbər verir ki, işəgötürənlərin sözlərinə görə, işə qəbul prosesində ən çox vaxt “soyuq” axtarışa (67%), namizədlərin müraciətlərinin təhlilinə (53%) və namizədlərin qiymətləndirilməsinə (39%) sərf olunur. Müsahibələrin koordinasiyası (24%) və vakansiya profilinin hazırlanması (11%) da kifayət qədər vaxt tələb edir.

Artıq Al-dan istifadə edən şirkətlər arasında bu texnologiyadan ən çox vakansiyaların təsvirlərinin hazırlanması (64%), müsahibələrin transkripsiyası və təhlili (36%), fərdiləşdirilmiş məktubların hazırlanması (31%), ilkin seçim (29%) və namizədlərin sıralanması (29%) üçün istifadə olunur.

İşəgötürənlərin 55%-i Şİ tətbiq edildikdən sonra rutin işlərin həcminin azaldığını, 36%-i işə qəbul üzrə mütəxəssislərin yükünün azaldığını, 20%-i isə vakansiyaların bağlanması müddətinin qısaldığını bildirib. Şirkətlərin 68%-i işə qəbulun Al vasitəsilə avtomatlaşdırılmasına ildə 500 min rubldan az, 18%-i 500 min-1 milyon rubl, 5%-i isə 2 milyon rubldan çox vəsait xərcləyir.

Bununla belə, bütün işəgötürənlər alqoritmlərə etibar etməyə hazır deyil. Al-dan imtina edən və ya onu tətbiq etməyi planlaşdırmayan şirkətlərin 46%-i işə qəbul prosesində insan amilinin həlledici olduğunu düşünür. 41% qərəzlilik ehtimalından narahat olduğu üçün alqoritmlərə etibar etmir, 32% müvafiq ekspertizanın olmadığını, 29% isə investisiyaların geri qaytarılmasına şübhə etdiyini bildirir. Digər səbəblər arasında büdcənin məhdudluğu (29%), 152-FZ tələbləri və məlumat sızması riski (25%) göstərilib.

Namizədlərin işə qəbul prosesində Al-dan istifadəsinin qarşısını almaq üçün işəgötürənlər ən çox canlı müsahibələrdən (56%), real vaxt rejimində tapşırıqlardan (33%) istifadə edir və müsahibə zamanı cavabların üslubunu CV ilə müqayisə edirlər (26%). Şirkətlərin 23%-i isə bununla mübarizə aparmır və Al-dan istifadə bacarığını yeni bir vərdiş hesab edir.

Namizədlərin 43%-i müşayiət məktublarının hazırlanması və CV-lərin redaktəsi, 30%-i müsahibəyə hazırlıq, 21%-i isə əmək bazarının araşdırılması üçün Al-dan istifadə edib. Bununla yanaşı, namizədlərin 44%-i seçim prosesində Al-ın iştirak etdiyini öyrəndikdə vakansiyaya marağını itirir, 9%-i üçün isə bu, işə qəbul prosesində iştirakdan imtina etmək üçün səbəb olur.

Namizədlərin 76%-i Al-ın onların təcrübə və ya bacarıqlarını səhv qiymətləndirə biləcəyindən narahatdır. 46% alqoritmin qərarından şikayət etmək imkanının olmamasından, 45% prosesdə “insani yanaşmanın” çatışmamasından, 30% isə şəxsi məlumatların sızması riskindən narahatdır. Namizədlərin 70%-i seçim prosesinin hansı mərhələsində onlarla Al-ın qarşılıqlı əlaqədə olduğunu əvvəlcədən bilmək istəyir.

Paşa Məmmədli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Avqust 2026 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri