Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

İşğal acısından Böyük Qayıdışın qüruruna

İşğal acısından Böyük Qayıdışın qüruruna

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Tarix yalnız təqvim vərəqlərindən ibarət deyil; elə tarixlər var ki, bir xalqın taleyini, milli mənliyini və dövlətçilik qüdrətini özündə təcəssüm etdirir. Füzuli rayonunun keçdiyi yol – 1993-cü ilin ağır işğal faciəsindən 2020-ci ilin Böyük Zəfərinə və bu gün yenidən dirçələn müasir həyata qədər olan məsafə – Azərbaycan xalqının əyilməz iradəsinin və dövlətimizin sarsılmaz gücünün canlı salnaməsidir.
1993-cü il avqustun 23-ü Füzuli üçün sadəcə bir təqvim günü deyil, bir bölgənin yerlə-yeksan edildiyi, on minlərlə insanın doğma ocağından perik düşdüyü qanlı tarixdir. Ermənistanın təcavüzkar siyasəti nəticəsində Füzuli rayonunun böyük bir hissəsi zəbt edildi. Şəhərlər, kəndlər, tarixi-dini abidələr, məzarlıqlar – hər şey vandalcasına dağıdıldı, qarət olundu və xarabalığa çevrildi. Füzulililər illərlə məcburi köçkünlük acısını yaşasalar da, bir gün doğma torpaqlara qayıdacaqlarına olan inamlarını bir an belə itirmədilər. O inam ki, illər sonra Müzəffər Ordumuzun və Ali Baş Komandanın qətiyyəti ilə gerçəyə çevriləcəkdi.
2020-ci ilin Vətən Müharibəsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Füzuli əməliyyatı isə müharibənin taleyini həll edən, düşmənin illərlə qurduğu mühəndis-istehkam xətlərini yararaq cəbhədə strateji üstünlüyü tamamilə Azərbaycan Ordusunun tərəfinə keçirən ən mürəkkəb və qəhrəmanlıq dolu döyüşlərdən biri oldu. 17 oktyabr 2020-ci ildə Füzuli şəhəri və ətraf kəndləri işğaldan azad edildi. Bu tarixi Zəfəri əbədiləşdirmək üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə “Füzulinin azad olunmasına görə” medalı təsis olundu. Bu medal sadəcə bir hərbi təltif deyil; o, Füzulinin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə hörmət, yaralanan qazilərimizin rəşadətinə ehtiram və Azərbaycan əsgərinin polad iradəsinin rəmzidir.
Füzulinin azad olunması ilə bölgədə tamamilə yeni bir erasının – bərpa və quruculuq mərhələsinin əsası qoyuldu. Dövlətimizin həyata keçirdiyi Böyük Qayıdış Proqramı çərçivəsində Füzuli bu gün sözün həqiqi mənasında sıfırdan, amma daha əzəmətli şəkildə yenidən tikilir. Qarabağın hava qapısı sayılan Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə istifadəyə verilməsi, müasir mənzil komplekslərinin salınması, infrastrukturun qurulması və keçmiş məcburi köçkünlərin öz doğma evlərinə qayıtması göstərir ki, Azərbaycan dövləti nəinki torpaqlarını azad etməyə, həm də həmin torpaqlara dərhal həyat qaytarmağa qadirdir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin azad edilmiş Füzuliyə hər bir səfəri bölgənin dirçəlişinə yeni təkan verir, görülən işlərə şəxsi nəzarətin və dövlət qayğısının bariz göstericisinə çevrilir. Bu səfərlər sırasından 11 may 2024-cü il tarixi Füzulinin su təhlükəsizliyi və kənd təsərrüfatının bərpası baxımından xüsusi əhəmiyyət kəsb edir. Həmin gün dövlət başçısının iştirakı ilə Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılış mərasimi baş tutdu.
İşğal dövründə erməni ekosidinə məruz qalmış, baxımsız saxlanılmış və sıradan çıxarılmış Köndələnçay su anbarlarının bərpası yalnız texniki və ya təsərrüfat hadisəsi deyil. Bu, bölgənin təbii su resurslarının yenidən Azərbaycan xalqının xidmətinə verilməsi, minlərlə hektar torpaq sahəsinin suvarılması və fermerlərin məşğulluğuna birbaşa dəstəkdir. Su həyat deməkdir və Köndələnçayın yenidən axması Füzuliyə həyatın tam gücü ilə qayıtdığının əyani sübutudur.
Füzuli dünən işğalın və dağıntının rəmzi idisə, bu gün Zəfərin, quruculuğun və Böyük Qayıdışın parlaq simvoludur. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən layihələr göstərir ki, bu torpaqların əsl sahibi geri dönüb və Füzuli addım-addım cənub bölgəsinin modern və çiçəklənən mərkəzinə çevrilir.
Zülfiyyə Mahmudova
YAP Yevlax rayon təşkilatının əməkdaşı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 Oktyabr 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri