Icma.az
close
up
RU
Böyük Qayıdışın Kəlbəcər mərhələsi

Böyük Qayıdışın Kəlbəcər mərhələsi

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə sürətli və geniş bərpa-quruculuq işlərini davam etdirir. Şəhər və kəndlərimiz yüksək səviyyədə müasir standartlar əsasında yenidən inşa edilir. Eyni zamanda, Böyük Qayıdış Proqramına uyğun olaraq 30 ildən artıq yurd həsrəti çəkən insanlarımız  öz dədə-baba ocaqlarına qayıdırlar. Azərbaycan dövlətinin əsas hədəflərindən biri məhz uzun illərdir qaçqın həyatı yaşayan, əzab-əziyyət görən insanlarımızın köçünü sürətləndirmək, rahat həyat şəraitini təmin etməkdir. Artıq azad olunmuş bir çox şəhər və kəndlərimizdə məskunlaşma həyata keçirilib.

Böyük Qayıdışın növbəti ünvanı isə Kəlbəcər oldu. Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər şəhərinə səfər edərək bir çox yeni tikililərin açılışını etdi, təməllərini qoydu, eyni zamanda, yerli sakinlərlə görüşdü.

Dövlət başçısı Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olub, Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin, 3-cü yaşayış kompleksinin, Kəlbəcər şəhər parkının təməlini qoyub. "Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası"nın, Kəlbəcər rayonunun Vəng kəndində "AzərEnerji" ASC-nin "Aşağı Vəng", "Nadirxanlı" və "Çaykənd" kiçik su elektrik stansiyalarının açılışında iştirak edib.

Dövlət başçısı Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüb. Prezidentin azad olunmuş ərazilərə mütəmadi səfərləri, görülən işlərlə yerində tanışlıq, sakinlərlə görüşü, onlara mənzillərinin açarlarını şəxsən təqdim etməsi uzun illər köçkün həyatı yaşamış insanlarımızın ikiqat sevincinə səbəb olur.

Kəlbəcər mühüm strateji əhəmiyyət kəsb etməklə Azərbaycanın ən böyük rayonudur. Ecazkar təbiəti, flora və faunası, təbii sərvətləri, zəngin su ehtiyatları ilə yanaşı, Kəlbəcər həm də ən qədim insan məskənlərindən biri kimi tanınır. Buradakı mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Eyni zamanda, sənaye əhəmiyyətli yataqları xüsusilə əhəmiyyət kəsb edir. Rayon ərazisində böyük ehtiyatlara malik əlvan və üzlük daşlar, inşaat materialları yataqları mövcuddur.

Ermənistan 1990-cı illərin əvvəllərində  daxili qeyri-sabitlikdən, hakimiyyət böhranından istifadə edərək ard-arda şəhər və kəndlərimizi ələ keçirirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində rayonun 53 min nəfərdən çox əhalisi öz dədə-baba yurdundan didərgin düşüb, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və sair talan edilib, dağıdılıb və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb.

İşğaldan azad olunduqdan sonra Kəlbəcərə səfər edən Prezident İlham Əliyev buradakı erməni vəhşiliyi ilə bağlı deyib: "Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar".

Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. İşğaldan sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etdi. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Həmin qətnaməni məhz Azərbaycan özü İkinci Qarabağ müharibəsindəki qələbəsi ilə icra etmiş oldu.

Dövlət başçısı sakinlərlə görüşdə Kəlbəcərin işğalı tarixinə toxunaraq deyib: "Kəlbəcərin işğalı bizim üçün bütün başqa yaşayış məntəqələrimizin işğalı kimi böyük faciə idi. Ancaq Kəlbəcərin işğalı strateji nöqteyi-nəzərdən Azərbaycan üçün çox böyük problemlər yaradırdı. Çünki Ermənistanla ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi bağlantı yaradılırdı. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi artıq o bağlantını yaratmışdı və o vaxt "Laçın dəhlizi" adlandırılan yol faktiki olaraq bizim torpaqlarımızın gələcək işğalına yol açmışdı. Kəlbəcərin işğalı isə çox böyük bir coğrafi ərazi üzrə Ermənistanla keçmiş "Dağlıq Qarabağ" arasında coğrafi bağlantı yaratmışdır və beləliklə, digər torpaqlarımızın işğalına yol açmışdır. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi xəyanətkarlıq və satqınlıq siyasəti apararaq doğma diyarımızı qoruya bilməmişdir. Hələ 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində mümkün olmuşdur. Alınmaz qalamız Şuşa demək olar ki, ermənilərə təhvil verilmişdir.

Mənfur cütlük bundan istifadə edərək bir ay sonra məhz Şuşa və Laçın faciəsi üzərində hakimiyyətə gəldi, doğma diyarınızı qoruya bilmədi, ya da qorumaq istəmədi. Kəlbəcərin 1993-cü il aprelin əvvəlində işğal altına düşməsi məhz ovaxtkı xəyanətkar rəhbərliyin bəd əməllərinin nəticəsi olmuşdur".

Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yaradılan ATƏT-in Minsk qrupu və onun həmsədr dövlətləri - Fransa, Rusiya və ABŞ məsələni həll etmək üçün heç bir addım atmadılar. Əksinə, o zamankı status-kvonu saxlamağa çalışır, prosesi uzatmaqla, münaqişəni dondurmağa cəhd göstərməklə Ermənistanın işğalı davam etdirməsinə rəvac verirdilər. Eyni zamanda, Ermənistan silahlandırılırdı. Belə olan halda, təbii ki, münaqişə sülh yolu ilə həll oluna bilməzdi.

Dövlət başçısının söylədiyi kimi, "əgər Ermənistana qarşı o vaxt ciddi sanksiyalar tətbiq edilsəydi, əgər işğalçı dövlət böyük dövlətlər tərəfindən cəzalandırılsaydı, əlbəttə ki, Ermənistan torpaqlarımızı sülh yolu ilə qaytara bilərdi və əminəm ki, qaytaracaqdı".

Azərbaycan öz torpaqlarını 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad etdi. Vətən müharibəsi başa çatanda Kəlbəcər, Laçın, Ağdamın böyük hissəsi hələ işğal altında idi. Müharibədə sarsıdıcı məğlubiyyətə uğramış Ermənistan 2020-ci il 10 noyabr bəyanatı ilə Kəlbəcər, o cümlədən Ağdam və Laçını qaytarmaqla bağlı öhdəlik götürdü. Beləliklə, Kəlbəcər bir güllə atılmadan azad edildi.

Düzdür, Vətən müharibəsinin ilk günlərində Azərbaycan Ordusunun Kəlbəcərin strateji yüksəkliklərini işğaldan azad etməsi ermənilərin nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verdi. Prezident İlham Əliyev Kəlbəcər istiqamətində aparılan hərbi əməliyyatlar haqqında danışarkən deyib: "İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər gedirdi, şəhidlər vermişdik. Ancaq strateji yüksəklikləri götürdük və bu yüksəkliklər bizə imkan verirdi ki, ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna da nəzarət edək. Beləliklə, biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bu, hərbi əməliyyatın, əks-hücum əməliyyatının tərkib hissəsi idi".

Beləliklə, Kəlbəcərin kiçik bir hissəsi döyüş meydanında azad edildi. Ancaq böyük hissənin işğalına Ermənistan kapitulyasiya aktına imza atandan sonra son qoyuldu.

Kəlbəcərin mürəkkəb coğrafi relyefi, onun hərbi yolla geri alınması çoxsaylı itkilər hesabına başa gələ bilərdi. Prezident İlham Əliyevin müdrik siyasəti, sərkərdəliyi sayəsində Kəlbəcər, habelə Laçın və Ağdam bir güllə belə atılmadan Azərbaycana qaytarıldı.

Dövlət başçısı sakinlərlə görüşdə bu məqama toxunaraq deyib: "Kəlbəcəri 2020-ci ilin sonunda, - artıq qış başlamışdır, - hərbi yolla azad etmək böyük itkilərlə nəticələnərdi. Təbii ki, biz azad edəcəkdik. Çünki Ermənistan ordusunu biz o vaxt demək olar ki, məhv etmişdik. Ancaq onların güclü istehkamları var idi. O vaxt Ağdərə rayonu bizim nəzarətimizdə deyildi. Tək yeganə istiqamət Murov istiqamətindən idi və yenə də deyirəm, biz böyük itkilər verə bilərdik. Ona görə tarix bir daha göstərdi ki, 2020-ci il noyabrın 10-da müharibənin dayandırılması ən düzgün addım idi. Ancaq bununla bərabər, o vaxt hələ də torpaqlarımızın bir hissəsi nəzarətimizdə deyildi. O vaxtdan 2023-cü il sentyabrın 19-na qədər bizim qarşımızda duran əsas hədəf ölkəmizin suverenliyini tam bərpa etmək idi. O tarixi siz yaxşı xatırlayırsınız, həm dırnaqarası Laçın dəhlizini yox etmək və bunu Laçın-Xankəndi yoluna çevirmək, həm Ermənistan-Azərbaycan sərhədində Laçın istiqamətində nəzarət-buraxılış məntəqəsinin yaradılması, eyni zamanda, 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər önəmli strateji nöqtələrin götürülməsi, "Fərrux", "Qırxqız", "Sarıbaba" əməliyyatları - bütün bunlar şanlı tariximizdir və bütün bunlar məqsədyönlü siyasətimizin bir hissəsi idi".

Kəlbəcər 25 noyabr 2020-ci ildə azadlığına qovuşdu. Lakin ermənilər ərazini tərk edərkən yenə də təxribatlara əl atdılar, yanğınlar törədib, minalanma həyata keçirdilər. Bu, bir daha erməni vəhşiliyinin sübutu idi. O zaman bu görüntülər, xəbərlər aparıcı xarici KİV-də də dərc edildi.

Ermənistanda indi də revanşizm meylləri özünü göstərir, xarici qüvvələr tərəfindən bu ölkə yeni qarşıdurmaya sürüklənir. Amma Ermənistan yaxın tarixdən ibrət götürməlidir. Onu məhvə aparacaq addımlardan çəkinməli, yeni reallıqlara uyğun hərəkət etməlidir. Hansı ki, bu gün dünya birliyi, beynəlxalq aləm Azərbaycanın qələbəsini və yeni reallıqları tam qəbul edib. Azərbaycan həm müharibədə qalib gələn, həm də sülhün təminatçı olan dövlətdir.

Prezident bu məqamdan danışarkən deyib: "Azərbaycan ləyaqətli ölkədir, güclü ölkədir, heç kimə məsləhət görmürük ki, nə vaxtsa bizə qarşı hansısa bəd əməllər haqqında düşünsün. Hər halda son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. İndi dünyada gedən prosesləri görürsünüz. Müxtəlif yerlərdə toqquşmalar, müharibələr, hərbi cinayətlər baş alıb gedir. Amma heç kim tam qələbə qazanmayıb. Müharibələr davam edir, daha böyük coğrafiyanı əhatə edir və yəqin ki, davam edəcək. Yəni, bax, bu siyasi məsələlərin inkişafı bunu göstərir. Tək yeganə ölkə bizik. Yeganə xalq bizik ki, tam Qələbə qazandıq, mütləq Qələbə qazandıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Avqust 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyalı turistlər Çin otellərində kabus gördüklərini deyirlər...

24 Avqust 2025 18:14see225

Üz ifadəsindən insanın yalan danışdığını müəyyən etmək mümkündür? (TƏDQİQAT)

24 Avqust 2025 09:19see131

Slavyan Universitetində plan yerləri nə qədər dolub? Rektor AÇIQLADI

23 Avqust 2025 16:11see130

Əhalinin qayıdışı ilə Kəlbəcərdə yeni inkişaf dövrü başlayıb RƏY

23 Avqust 2025 15:33see129

Badamdarda kişi quyuya düşdü

24 Avqust 2025 05:46see129

Rusiya ordusu Dnepropetrovsku atəşə tutub, ölən və yaralananlar var

23 Avqust 2025 22:13see127

Zelenskidən Rusiyaya qəti cavab: Verməyəcəyik

23 Avqust 2025 22:11see126

“Çelsi”ni o da tərk etdi

23 Avqust 2025 21:09see122

Alimlər XƏBƏRDARLIQ EDİR: Bu məhlulun ölüm təhlükəsi var

24 Avqust 2025 22:00see122

Mançester Yunayted qələbəni əldən verdi

24 Avqust 2025 22:14see122

La Liqa: Real Madrid rəqibinə şans vermədi

25 Avqust 2025 01:42see120

AFFA nın vitse prezidenti UEFA dan təyinat aldı

23 Avqust 2025 12:10see117

TƏBİB: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar müraciət edən 4 nəfərdən 2 nin durumu orta ağırdır

24 Avqust 2025 16:03see117

Gizli sənədlər ortaya çıxdı ABŞ Rusiyanı NATO ya daxil etmək istəyirmiş

24 Avqust 2025 23:54see116

Muğamı Günü ilə bağlı virtual sərgi və kitab sərgisi istifadəçilərə təqdim olunub

24 Avqust 2025 23:08see116

Roma Polşa çempionatında çıxış edən futbolçunu transfer etməyə yaxındır

23 Avqust 2025 16:47see115

Ən faydalı 3 tərəvəz Mütəxəssislərin tövsiyəsi

23 Avqust 2025 23:02see114

Anton Krivotsyukun komandası iki dəfə hesabda irəli çıxıb, 72 ci dəqiqədə azlıqda qalıb

24 Avqust 2025 22:01see113

40 dan sonra bədəni gücləndirəcək məşq növü adlandırılıb...

23 Avqust 2025 22:36see113

Türk professor: İstilik ölüm riskini artıran bir amildir

23 Avqust 2025 21:47see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri