İşğal cinayətləri beynəlxalq sistemdə maraqların üstünlüyünü göstərir ŞƏRH EDİLDİ
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Ermənistanın işğal dövründə Azərbaycana qarşı həyata keçirdiyi insanlığa qarşı cinayətlər, habelə mədəni, tarixi və dini irsə qarşı törədilmiş sistemli dağıntılar müasir beynəlxalq münasibətlərdə güc amilinin və selektiv yanaşmanın hələ də dominant olduğunu bir daha təsdiqləyir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.
Onun sözlərinə görə, mövcud beynəlxalq sistemin hüquqdan daha çox siyasi maraqlara əsaslanması nəticəsində Ermənistan uzun illər ərzində Azərbaycan ərazilərində məqsədyönlü talançılıq, şəhərlərin və yaşayış məntəqələrinin məhv edilməsi, mədəni irsin silinməsi və torpaqların kütləvi şəkildə minalanması siyasətini həyata keçirib: "Bu əməllər beynəlxalq humanitar hüququn, o cümlədən Cenevrə Konvensiyalarının açıq və kobud şəkildə pozulması, insanlığa qarşı cinayətlərin tərkib hissəsi olsa da, beynəlxalq müstəvidə onlara münasibət vahid hüquqi meyarlar əsasında formalaşmayıb. Beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin reaksiyası hüquqi öhdəliklərdən daha çox geosiyasi maraqlara və siyasi kontekstə uyğun olub. Xüsusilə Ağdam başda olmaqla azad edilmiş ərazilərdə həyata keçirilmiş urbisid, ekosid və mədəni soyqırımı faktları, məscidlərin, qəbiristanlıqların, tarixi abidələrin dağıdılması sübutlarla təsdiqlənsə də, bu faktlar uzun müddət beynəlxalq ictimaiyyət tərəfindən ya görməzdən gəlinib, ya quru bəyanatlarla kifayətlənib. Halbuki söhbət təkcə mülki infrastruktura deyil, bütöv bir xalqın tarixi-mədəni yaddaşına qarşı yönəlmiş cinayətlərdən gedir. Digər mühüm məqam isə işğal dövründə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı və bu prosesdə Ermənistanla əməkdaşlıq etmiş xarici şirkətlərin və ona müttəfiq olan dövlətlərin maraqlarıdır. Bu, beynəlxalq münasibətlərdə maraqların önə keçdiyi halda hüquqi mexanizmlərin necə asanlıqla kənara atıldığını açıq şəkildə göstərir. Transmilli iqtisadi maraqlar insan hüquqları və beynəlxalq hüquq normalarından üstün tutulub.
Azərbaycan ərazilərinin kütləvi şəkildə minalanması və bu gün də mülki əhalinin mina qurbanına çevrilməsi beynəlxalq hüququn icra mexanizmlərinin nə qədər zəif olduğunu göstərən ən ağrılı nümunələrdən biridir. Bu cinayətlərin davam edən fəsadlarına baxmayaraq, real məsuliyyət mexanizmləri işə düşməyib".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 26 Dekabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















