Icma.az
close
up
RU
Kərki necə işğal edildi?

Kərki necə işğal edildi?

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

1990-ci il yanvarın 19-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğaldan sonra kəndin əhalisi məcburi köçkün vəziyyətinə düşüb. Hücum zamanı kəndin əhalisi Şurut dərəsi vasitəsilə Sədərək kəndinə doğru çəkilmişdilər. Növbəti gün erməni silahlı dəstələri Kərki kəndinə hücum edərək evləri yandırmış, kəndi tamamilə xarabalığa çevirmişdilər.

Məlumat üçün bildirək ki, qədim və zəngin tarixə irsə malik Kərki Azərbaycanın 4 anklav ərazisindən biridir. Kənd Ermənistan ərazisi ilə tam əhatə olunur və ümumi ərazisi təxminən 960 hektardır.

Kəndin işğalına aparan yol

1988-ci ildə erməni millətçilərinin təşəbbüsü ilə başlayan Qarabağ münaqişəsi Kərki kəndinə də öz təsirini göstərib. 1988-1990 - ci illərdə erməni silahlı dəstələri zaman-zaman Kərki kəndinə hücumlar edib və kəndi işğal etməyə cəhd etmişdilər. 1989-cu ilin dekabrın 14-də erməni silahlıları Naxçıvanın Kərki, Sədərək, Günnüt və Havuş kəndlərini güclü atəşə tutmuşdular. 1990-cı il yanvarın 15-dən isə hücumlar daha intensiv hal almışdı. 

İşğal məsələsinə toxunmamışdan əvvəl, Kərki kəndinin işğalına aparan başlıca amillərə nəzər yetirək:

1929-ci ilin 18 fevralında Zaqafqaziya SFSR MİK Rəyasət heyətinin əsassız qərarına əsasən Naxçıvan MSSR ərazisindən 65 700 ha torpaq sahəsi Ermənistana verilmiş və həmin qərara əsasən Naxçıvanın Kərçihan, Qurdqulaq, Goradiz, Ağbin, Ağxəç, Almalı, Sultanbəy, İtqıran və Kilit kəndinin bir hissəsi Ermənistan SSRİ-nin nəzarətinə keçmişdi.

Belə bir taleni Kərki kəndi də yaşamalı olur.  Azərbaycan SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 5 may 1938-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin ətrafındakı torpaqların xeyli hissəsi Ermənistana verilir. Beləliklə,  kənd Naxçıvanla bütün quru əlaqələri kəsilir və tam təcrid olunur.

1930-ci illərdə Azərbaycan SSRİ rəhbərliyinin bağışlanmaz səhvi 1990-ci ildə Kərkinin erməni silahlı dəstələri tərəfindən işğal olunmasına və kərkililərin öz doğma yurdlarını məcburi tərk etməsinə gətirib çıxarır. 

Kənd necə işğal olundu?

1989-ci ilin sonlarında Kərki kəndi tamamilə blokada halına düşür. Kəndin əhalisi ərzaq, yanacaq və digər zəruri ehtiyaclardan məhrum olur.  1990- ci ilin yanvarında kənd  ərazisində Azərbaycan və Ermənistan silahlı dəstələri arasında döyüşlər geniş vüsət alır. Yanvarın 18-də kərkililərin güclü müqavimətinə baxmayaraq,  kənd SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun dəstəyi ilə erməni silahlıları tərəfindən işğal olunur.

Hadisələrin canlı şahidlərinin sözlərinə görə, həmin gün kənd səhər saat 4 radələrindən axşamadək şiddətli atəşə tutulub. 30 nəfərədək Kərki sakini Şərur Rayon Polis Şöbəsinin 3 əməkdaşı ilə birlikdə 2 mindən çox silahlı erməniyə qarşı vuruşsa da, döyüş sursatlarının bitməsi səbəbi ilə onlar yaşayış yerini tərk etməli olublar.

Zaman gələcək...

Prezident İlham Əliyevin qətiyyəti və şücaəti, şanlı ordumuzun qəhrəmanlığı hesabına bu gün tarixi torpağımız Qarabağ azaddır.  Qarabağ yenidən qurulur və bu torpaqlarda həyat yenidən dirçəlir. Çox qürurverci haldır ki, qarabağlılar öz doğma torpaqlarına qayıdır və yeni həyat qururlar.

Gün gələcək kərkililər öz doğma torpaqlarına qayıdacaqlar. Dövlətimiz bu istiqamətdə qətiyyətli addımlar atmağa hazırdır.

Yunis Abdullayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Yanvar 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1429

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see709

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see558

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see480

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see470

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see459

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see446

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see412

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see389

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see350

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see315

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see302

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see297

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see292

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see287

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see284

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see269

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see266

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see266

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see265
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri