İşğal illərində Azərbaycanın mədəni irsinə 700 milyon manatdan çox ziyan vurulub
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti işğaldan azad edilmiş ərazilərdə tarix və mədəniyyət abidələrinə dəymiş ziyanla bağlı geniş monitorinq keçirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Qobustan Milli Tarixi-Bədii Qoruğuna mediatur zamanı jurnalistlərə dövlət xidmətinin şöbə rəhbəri Səbuhi Bəşirov məlumat verib.
Onun sözlərinə görə, ümumilikdə 434 abidə zərər görüb.
"Abidələrdən 68-i tamamilə, 114-ü qismən dağıdılıb. Təxminən 30 il davam edən erməni işğalı dövründə Azərbaycanın mədəni irsinə dəymiş maddi ziyan 700 milyon manatdan çoxdur. Bu məlumat beynəlxalq təşkilatlara da göndərilib. Hazırda bununla bağlı işlər aparılır", - deyə o bildirib.
Rufina Abdullayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 18 Aprel 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















