Icma.az
close
up
RU
Azərbaycanın işğal illərində Ukrayna və Qərbin mövqeyi: Dəstək, susqunluq və geosiyasi reallıqlar

Azərbaycanın işğal illərində Ukrayna və Qərbin mövqeyi: Dəstək, susqunluq və geosiyasi reallıqlar

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1990-cı illərin əvvəlləri Azərbaycan dövlətçiliyi üçün ən ağır, ən taleyüklü dövr idi. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edildi, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. O illərdə Azərbaycan hələ öz siyasi institutlarını qurmaqla məşğul idi və beynəlxalq arenada kifayət qədər güclü mövqeyə sahib deyildi.

“İşğal dövründə Ukrayna və Qərb Azərbaycana hansı dəstəyi göstərdi? Bu dəstək nə üçün nəticə vermədi? Və həmin dövrdə bəzi Ukrayna rəsmilərinin fəaliyyəti nəyə xidmət edirdi?”

Müzakirələrdə tez-tez adı keçən şəxslərdən biri də Arsen Avakovdur. Onun siyasi fəaliyyəti ilə bağlı iddialar, eləcə də Ukraynanın o dövrdə Azərbaycana münasibəti aktual mövzu olaraq qalır.

Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukrayna Azərbaycanı 1991-ci ildə tanıdıqdan sonra rəsmi olaraq ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini bəyan etmişdi. Kiyev rəsmən, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini qəbul edirdi.

Nicat İsmayılov

“Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyırdı və BMT Təhlükəsizlik Şurasının işğalın dayandırılması ilə bağlı qətnamələrinə səs vermişdi. Lakin bu dəstək praktik nəticə vermədi, çünki Ukrayna özü də postsovet dövrünün ən sərt böhranları ilə qarşılaşmışdı. Siyasi xaos, iqtisadi çökmə, zəif silahlı qüvvələr, dərin rus təsiri və separatizm təhlükəsi (Krım, Donbas riskləri). Yəni Ukrayna Azərbaycana siyasi dəstək göstərirdi, amma hərbi və ya real təsir gücü olan addımlar ata bilmirdi.

Arsen Avakov məsələsi: faktlar və siyasi kontekst

Tez-tez səslənən iddialar əsasən Avakovun fəaliyyətinə yönəlmişdir. Bu məsələyə emosiyasız, tam faktoloji yanaşma fikrimcə zəruridir.

Avakovun həmin dövrlə rəsmi mənbələrə əsaslanaraq heç bir əlaqəsi yox idi. Arsen Avakovın 1990-cı illərdə Ukraynada rəhbər vəzifə tutması barədə iddialar doğru deyil. O, həmin illərdə nə parlamentdə, nə də hökumətdə yer alırdı.

Avakovun siyasi yüksəlişi 2000-ci illərin sonlarından sonra başlamışdı.

Deməli, Avakovun Qarabağ münaqişəsinin ilk mərhələsində Ukraynanın rəsmi siyasətinə təsir etmək imkanı yox idi. Bəlkə də qeyri rəsmi olaraq maliyyə imkanlarından, yüksək vəzifəli şəxslərin əli ilə edib. Lakin rəsmi olaraq Ukraynanın rəsmi siyasətinə təsir imkanı yox idi.

“Demokratlar administrasiyası” məsələsi

Ukraynada belə bir siyasi administrasiya mövcud olmayıb.

Avakov 2014-cü ildə “Xalq Cəbhəsi” siyasi blokunun təmsilçisi kimi nazir vəzifəsi tutub. Bu proses Azərbaycan torpaqlarının işğal olunduğu dövr ilə əlaqəli deyil.

“Qondarma soyqırımı” məsələsini qaldırması

Avakovun parlamentdə “erməni soyqırımı” ilə bağlı təşəbbüs göstərməsi barədə ictimai mənbələrdə rəsmi, təsdiqlənmiş fakt yoxdur.

“O dövrdə Ukraynanın bəzi deputatları erməni diasporunun təsiri ilə bənzər çıxışlar edirdilər, lakin Avakov həmin prosesdə iştirak edən əsas fiqurlardan biri kimi göstərilmir. Təkrar olaraq qeyd etmək istərdim ki, maliyyə resurslarından və yüksək postlarda oturan vəzifəli dostlarının vasitəsilə təsirlər edə bilərdi. Ancaq rəsmi mənbələrə əsasən o əsas fiqur olmayıb. Bu səbəbdən Avakov məsələsinin Ukraynanın Azərbaycana münasibətinin əsas göstəricisi kimi təqdim olunması siyasi reallığa uyğun deyil”-deyə Nicat İsmayılov bildirib.

Bəs Ukrayna niyə o dövrdə daha çox dəstək vermədi?

Bu suala tarixi və siyasi reallıqlarla cavab vermək lazımdır.

1. Ukraynanın daxili problemləri ağır idi

Ölkə sovetdən sonra iqtisadi məhv vəziyyətində idi. Dövlət institutları sabit deyildi.

2. Rusiya təsiri Kiyevin xarici siyasətini ciddi məhdudlaşdırırdı. Ukrayna o illərdə Moskvanın sərt orbitindən çıxmamışdı.

3. Qarabağ məsələsi Ukraynanın əsas prioriteti deyildi. Kiyev üçün prioritet, Krımın statusu, Donetsk və Luqansk bölgələrində separatizm təhlükəsi idi.

4. Ukraynanın real gücü çatmırdı. Azərbaycanın işğaldan azadlıq prosesi hərbi güc tələb edirdi, bu güc isə yalnız 2020-ci ildə formalaşdı.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 Dekabr 2025 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see492

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see191

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see190

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see179

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see145

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see138

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see137

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see130

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see126

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri