Icma.az
close
up
RU
İşğal zamanı doğma kənddən sonuncu çıxdı azad edildikdən sonra birinci döndü... Heyf ki....

İşğal zamanı doğma kənddən sonuncu çıxdı azad edildikdən sonra birinci döndü... Heyf ki....

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

“Bu yalnız son 6 ay ərzində hələ nə vaxt bərpa ediləcəyi bilinməyən Ağanus kəndinin 3-cü itkisidir... Tələsmək lazımdır!..”

Səməd Səmədov: “Qaladərəsindəki filizlər qızıl kimi parlayırdı...”- Moderator.az

Artıq 33 ilə yaxındır Rusiyanın fətvası və dəstəyi ilə işğal edildikdən sonra hələ də xarabalıqları qəlbimizi dağlayan ata-baba yurdumuzun – Laçın rayonunun Ağanus kəndinin daha bir sakini - doğma obada məskunlaşmaq arzusu ürəyində közə dönmüş Səməd Səmədov da Haqq dünyasına qovuşdu...

Səməd kəndimizin cəsarətli, hünərli, həm də fiziki baxımdan ən güclü cavanlarından biri idi... Həm də şox şən, həyat eşqli və baməzə insan idi... Onun yerində, məqamında deyilmiş bir çox sözləri obamızda məsələ, lətifəyə çevrilmişdi... 

Yaxşı yadımdadır... 1992-ci il mayın 17-də günorta saat 2-3 radələrində  artıq erməni işğalçı və terrorçu dəstələri Şuşa rayonunun qonşu Kiçik Qaladərəsi kəndi istiqamətindən yaxınlaşdığı çox təhlükəli bir məqamda bu sətirlərin müəllifi də daxil olmaqla kəndimizin müdafiəsinə qalxan sakinlərdən biri də Səməd oldu. Həmin kiçik müdafiə dəstəsində şəhid Milli Qəhrəmanımız İsrafil Şahverdiyevin qardaşı Rəsul Şahverdiyev, Səmədin bacısı oğlu Əvəz İbrahimov, sinif yoldaşı, kəndimizin ilk şəhidi Təvəkkül Məhərrəmovun oğlu Əvəz Məhərrəmov, Laçın alayının döyüşçüsü Cümşüd Sultanov da var idi... Səməd də digərləri kimi sayca və silahlanmasına görə qat-qat üstün düşmənlə son gülləsinədək döyüşdükdən sonra Ağanus kəndini tərk etmişdi... Bizlər kimi onun ürəyi də 30 ildən çox müddətdə doğma yurdun, ocağın həsrəti ilə yara bağladı...

Tale elə gətirdi ki, 2020-ci ilin dekabrında şəhid və qazilərimizin canı-qanı sayəsində Laçın rayonunun azad edilməsindən və Laçın şəhəri də ermənilərdən təmizləndikdən sonra 2022-ci ildə kəndimizə ilk dönən iki nəfərdən biri də Səməd oldu... Həmin vaxt Ağanus kəndi Laçın “dəhlizi”nə yaxın digər kəndlər kimi hələ də Rusiya “sülhməramlı”larının nəzarətində idi... Səməd digər cəsarətli, vətənpərvər həmkəndlimiz Elçin Məhərrəmovla birgə bütün bu və digər əngəlləri aşaraq, ürəyindəki ciddi problemlərə, ağır çəkisinə, mina, ilan və s. təhlükələrə rəğmən xeyli yolu piyada qət edərək, əlində balta ilə tikanlı ağaclar, kollar arasından yol açaraq böyük çətinliklə doğma kəndinə, evlərinin xarabalıqlarınadək gedib çıxmış, kəndin daş-torpaq basmış əsas bulağını təmizləyib üzə çıxararaq onun suyundan içmiş, doğmalarımızın uyuduğu məzarlığımıza baş çəkmişdi...

2022-ci ilin mayında hələ işğaldan öncə ermənilərin yaşadığı Kiçik Qaladərəsi kəndi yaxınlığında qazılmış faydalı qazıntı mədənində qızıl olub-olmaması ehtimalını araşdırarkən 1978-1979-cu illərdə həmin tuneldə fəhlə kimi çalışmış Səməd Səmədovdan(yazıda səhvən Məhərrəmov soyadıyla verilib) da Moderator.az saytına “Qaladərəsindəki filizlər qızıl kimi parlayırdı...” başlıqlı çox maraqlı bir açıqlama vermişdi(bax: Texniki səbəblərdən saytımızın arxivindən tapa bilmədiyimiz üçün yazını olduğu kimi vermiş digər saytın linkini təqdim edirik)...

Çox təəssüf ki, Səməd də bir çix digər həmkəndlilərimiz kimi bərpa ediləcək doğma kəndimizdəki yeni evinə köçmək arzusu ilə dünyasını dəyişdi...

Bu yalnız son 6 ay ərzində hələ nə vaxt bərpa ediləcəyi bilinməyən Ağanus kəndinin 3-cü itkisidir... Tələsmək lazımdır!..

Allah Səmədə və son 33 ildə doğma torpaq həsrəti ilə dünyasını dəyişmiş həmkəndlilərimiz də daxil olmaql bütün soydaşlarımıza rəhmət eləsin!

Allah  cümlə şəhidlərimizə rəhmət eləsin!..

Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Dekabr 2024 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri