Icma.az
close
up
RU
İşğal zamanı Ağdam böyük dağıntılara məruz qalmışdı

İşğal zamanı Ağdam böyük dağıntılara məruz qalmışdı

Icma.az bildirir, Axar.az portalına istinadən.

Torpaqlarımızın 20%-ni işğal altında saxladıqları 30 ilə yaxın müddət ərzində erməni vandalları zəbt etdikləri bütün şəhər və kəndlərimizdə olmazın dağıntılar törətmiş, tarixi-mədəni abidələrimizi məhv etmiş, ölkəmizin təbii sərvətlərini talayaraq Ermənistana daşımışlar. Lakin bütün bunlara rəğmən, məhz Ağdam şəhəri daha böyük miqyasda dağıntılara məruz qoyulmağı ilə diqqəti xüsusi olaraq cəlb edir.

Axar.az xəbər verir ki, bu sözləri 20 noyabr Ağdam Şəhəri Günü ilə bağlı mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, Vətən müharibəsindən sonra, artıq azad edilmiş Ağdama gələn xarici jurnalistlər buranı “Qafqazın Xirosiması” adlandırmışlar.:

“Hətta təxmini hesablamalara görə Erməni işğalı nəticəsində Ağdama 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri düşmən tərəfindən vəhşicəsinə dağıdılıb".

Millət vəkili ermənilərin zəbt etdikləri ərazilərdə beynəlxalq konvensiyaların prinsiplərinə zidd əməllər törətmələrindən də bəhs edib:

“Nə qədər qəribə səslənsə də, Ağdamın işğal faktı ilə bağlı dünya ictimaiyyəti ilk baxışda yekdil mövqe ifadə etmişdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilmişdi”. BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il 29 iyul tarixində qəbul etdiyi 853 saylı qətnamədə isə “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edilirdi. Lakin bütün bu tələblər sadəcə kağız üzərində idi. Reallıqda isə, Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayınır, beynəlxalq təşkilatlar da rəsmi İrəvanı buna məcbur etmirdilər. Cəzasızlıq mühitindən arxayınlaşan Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini də kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədirdi. Bütün bunlara baxmayaraq, beynəlxalq təşkilatlar bu cinayətlərin qarşının alınması üçün uzun illər ərzində bircə əməli addım belə atmadılar. Sonda Azərbaycan özü 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsi ilə həm torpaqlarının işğalına son qoydu, həm də BMT Qətnamələrinin icrasını təmin etdi. O cümlədən, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi. Bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı. Bu gün isə Ağdam digər azad olunmuş şəhərlərimiz kimi, yenidən qurulur və özünün əsl sahiblərini yenidən qarşılamağa hazırlaşır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://axar.az
archiveBu xəbər 20 Noyabr 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri