Icma.az
close
up
RU
İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji həlləri müzakirə olunub

İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji həlləri müzakirə olunub

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İşğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun 10-cu iclası keçirilib.

İşçi Qrupunun sədri, energetika naziri Pərviz Şahbazov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıb. Bildirilib ki, ölkəmizin sosial-iqtisadi inkişafının və Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə hazırlanmaqda olan yeni strateji sənədlərdə yaşıl texnologiyaların təşviqi, ərazilərdə enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi mühüm istiqamətlər kimi nəzərdə tutulur.

İşçi Qrupun əvvəlki iclasında qəbul edilmiş qərarların icrasına dair məlumat verilib, “yaşıl enerji” zonasının yaradılması üzrə görülmüş işlərlə bağlı hesabatlar dinlənilib. 

Şuşa, Kəlbəcər və Cəbrayıl şəhərləri, Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndlərində, eləcə də Laçın və Kəlbəcərdə olan su elektrik stansiyalarında aparılmış monitorinqlərin nəticələri nəzərdən keçirilib. 

Horovlu kəndində 334 fərdi yaşayış evində damüstü günəş panellərinin şəbəkəyə qoşulması üzrə atılmış addımlar, Şuşa və Laçın şəhərləri, həmçinin Zabux kəndinin əhalisi üçün təşkil edilmiş bərpa olunan enerji mənbələrindən istifadəyə dair praktiki tövsiyələri əhatə edən maarifləndirilmə tədbirləri haqqında məlumat verilib. Binalarda yüksǝk enerji sǝmǝrəliliyini tǝmin etmǝk mǝqsǝdilǝ görülmüş tədbirlər, ərazidə quraşdırılmış LED işıqlandırma dirəkləri, günəş əsaslı hibrid işıqlandırma qurğuları, elektrik doldurma məntəqələri, istismar edilən elektrikli avtobuslar və ictimai binalarda quraşdırılmış günəş panellərinin statistikası təqdim edilib.

İşğaldan azad edilmiş ərazilərdə ekoloji baxımdan mütərəqqi həllərin tətbiqi, enerji istehlakında qənaət imkanlarının genişləndirilməsi, pilot layihələrin həyata keçirilməsi, müasir texnologiyaların sınaqdan keçirilməsi, həmçinin monitorinq və uçot mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı qərarlar qəbul edilib.

İclasda İşçi Qrupuna üzv dövlət qurumları ilə yanaşı işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin və “Bərpa Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxslərin, eləcə də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “Azəristiliktəchizat” ASC-nin nümayəndələri iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri