Icma.az
close
up
RU
İşğaldan azad edilmiş ərazilərdə “yaşıl inqilab” 

İşğaldan azad edilmiş ərazilərdə “yaşıl inqilab” 

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Ekologiya və ətraf mühitin mühafizəsi

COP29 qərarları göstərir ki, iqlim dəyişikliyi ilə mübarizə sürətlənməlidir

 “Su çatışmazlığı və buzlaqların əriməsi – iqlim problemlərinə qarşı həll yolları indi tapılmalıdır”

Ölkəmiz Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi etməsindən keçən təxminən il yarım müddət rəsmi Bakı qəbul olunan qərarlara sadiqliyini nümayiş etdirməkdədir. COP29-un ölkəmizdə keçiriləcəyi təsdiq edildikdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdi ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir, biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.

COP29-un təsdiqlənən Fəaliyyət Planında qeyd olunurdu ki, Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmaq planının mühüm tərkib hissəsidir. Ölkə 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30 faizə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir. Azərbaycan bu sahədə nümunəvi ölkə olaraq 1.5°C hədəfinə uyğun olaraq növbəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi çərçivəsində öz milli hədəflərini yeniləyəcək. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı il Memarlıq və Şəhərsalma İli elan edildi. Şəhərsalmada ekoloji tarazlığın bərpası, alternativ enerji mənbələrinin işlədilməsi, “yaşıl enerji”dən istifadə əsas prioritet seçilib. Bu ilin may ayında isə Bakı WUF13 – Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Bu günlərdə Bakıda “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunun keçirilməsi də COP29da qəbul edilmiş qərarların icrasında Azərbaycan dövlətinin israrlı olduğunu göstərir. Martın 12-də baş tutan tədbirdə BMT-nin Məskunlaşma Proqramının (UNHabitat) icraçı-direktoru Anaklaudiya Rossbax Forumun açılış mərasimində çıxışı zamanı bildirib ki, Azərbaycan şəhərlərin və onları yaradan, idarə edən peşəkarların keyfiyyətinə sərmayə yatırır. O qeyd edib ki, hökumətin 2026-cı ili Azərbaycanda Şəhərsalma və Memarlıq ili elan etməsi qərarını alqışlayır. “Bu, güclü siqnaldır: bəzi ölkələr qloballaşmanı sual altına aldığı bir vaxtda Azərbaycan şəhərlərinin və icmalarının keyfiyyətinə, həmçinin şəhərləri layihələndirən və idarə edən peşəkarlara sərmayə yatırır”, – deyə o bildirib. Rossbax həmçinin WUF13 – Ümumdünya Şəhərsalma Forumunu əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, forum may ayında Bakıda keçiriləcək və bu, "UN-Habitat"ın dayanıqlı şəhər inkişafı üzrə qlobal platformasıdır. Bundan əlavə, o, Qlobal Bakı Forumunun liderlərin və ekspertlərin dünyanın vəziyyətini və çoxtərəfliliyin gələcəyini açıq şəkildə müzakirə edə bildiyi mühüm platforma olduğunu vurğulayıb. “Bugünkü şəraitdə bu rol hər zamankından daha vacibdir. Biz güclü geosiyasi gərginlik və çoxsaylı böhranların – münaqişələrin, iqlim şoklarının, iqtisadi qeyri-müəyyənliyin və etimadsızlığın artmasının – üst-üstə düşdüyü bir dövrdə toplaşırıq”, – deyə o bildirib.

Rossbax qeyd edib ki, bu qeyri-müəyyənlik dövrü həm də şəhərlər və mənzil təminatı üçün böhran dövrüdür. “Bir milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində və gecəqondularda yaşayır. Dünyanın bir çox regionunda mənzillərin yüksək qiyməti, torpaq çatışmazlığı və iqlim fəlakətlərinin birləşməsi təhlükəsiz və adekvat yaşayış sahəsini çox sayda ailə üçün əlçatmaz edir”, – deyə o bildirib. BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya da çıxışı zamanı bildirib ki, qlobal çağırışlar əməkdaşlığı seçim deyil, zərurətə çevirir: “İqlim dəyişikliyi sürətlənir və bu, sabitliyə olan təhdidləri artırır”. Ankara Sosial Elmlər Universitetinin Amerikaşünaslıq kafedrasının müdiri və dosenti Barin Kayaoğlu jurnalistlərə açıqlamasında deyib ki, müasir dövrün daha təhlükəli tərəfi silahların daha güclü, sürətli və çox olmasıdır. Buna görə də faciələrin miqyası da daha böyük olur: “Lakin XIII Qlobal Bakı Forumunun burada apardığı iş çox dəyərlidir. Burada yalnız müharibələr deyil, həm də müharibələrdən kənarda, insanlığı uzunmüddətli perspektivdə təsir edə biləcək problemlər müzakirə olunur. Bunlar nədir? Ətraf mühit, iqlim dəyişiklikləri, xəstəliklər, pandemiyalar”.

Ekoloq Rövşən Abbasov “Şərq”ə açıqlamasında qeyd etdi ki, bir qədər əvvələ qayıtsaq, COP29 ekologiyanın qorunması ilə bağlı keçirilən böyük konfrans idi və qlobal iqlim dəyişmələri ilə mübarizədə dünyamız üçün mühüm qərarların qəbuluna nail olundu: - COP tədbirləri dünya ölkələri arasında imzalanan "Kioto protokolu" və "Paris sazişi"dən sonra ardıcıl olaraq müxtəlif ölkələrdə təşkil olunur. BMT başda olmaqla beynəlxalq təşkilatlar buna ciddi əhəmiyyət verirlər. Ümumi iqlim dəyişmələri üzrə temperaturun 1.5 dərəcədən yuxarı qalxmaması, karbon emissiyalarının azaldılması, ətraf mühitin çirklənməsinin, buzlaqların əriməsinin qarşısını almaq üçün müzakirələr aparılır. Hətta bu istiqamətdə inkişaf etməmiş ölkələrə dəstək verilir. Azərbaycan karbohidrogen ehtiyatlarına malik ölkə olmasına baxmayaraq, son illər xüsusən yaşıl enerjiyə yatırım edir və ölkəmizdə ətraf mühitə həssaslıqla yanaşılmağa başlanılıb. Bu özünü xüsusən işğaldan azad edilmiş ərazilərmizdə aparılan tikinti-quruculuq işlərində göstərir. Bilirsiz ki, “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələri icra olunur, modern texnologiyalarla, alternativ enerji mənbələrindən istifadə edilir, işıqlandırma, isitmə sistemləri qurulur. Təkcə işğaldan azad edilmiş bölgələrimizdə deyil, digər regionlarda, şəhərlərdə də iqlim dəyişmələri problemlərinin, su çatışmazlığının aradan qaldırılmasına yönələn həllər tapılmalıdır. Dəniz suyunun duzsuzlaşdırılması, yağış sularından səmərəli istifadə günün tələbləridir. İri şəhərlərdə yaşayış massivləri salınarkən, tikinti aparılarkən ətraf mühitə dəyə biləcək ziyan minimuma endirilməlidir. Tikinti zamanı hansı materiallardan istifadə də böyük əhəmiyyət daşıyır. Elə materiallar istifadə olunmalıdır ki, ətraf mühitə zərər verməsin.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Mart 2026 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri