Icma.az
close
up
RU
İşğaldan azad edilmiş ərazilərin geokimyəvi vəziyyətini əks etdirən xəritə hazırlanır

İşğaldan azad edilmiş ərazilərin geokimyəvi vəziyyətini əks etdirən xəritə hazırlanır

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 19 iyun, Göyçək Mahmudlu, AZƏRTAC

Qarabağ və Şərqi Zəngəzurun irimiqyaslı səhralaşma xəritəsi tərtib edilib. Həmin xəritədə göstərmişik ki, Qarabağın hansı regionları ciddi səhralaşma təhlükəsi ilə üz-üzədir və hansı ərazilərdə proses zəif, orta və yüksək dərəcədə gedir. Belə məlum olur ki, Kiçik Qafqazın cənub-şərq, Qarabağ silsiləsinin cənub-şərq və şərq yamacları, Həkəriçay hövzəsi, Araz sahilinə qədər olan ərazilər ciddi səhralaşma təhlükəsi altında olan ərazilərdir. Orada həyata keçirilən tədbirlər mütləq ekosistemin özünü bərpa edə bilməsinə fokuslanmalıdır. Azad edilmiş ərazilərdə suvarma imkanı olan torpaqlarda səhralaşmanın qarşısını almaq asandır. Elə yer var ki, orada artıq prosesin qarşısını almaq mümkün deyil. Bəzi ərazilərdə dik yamaclarda bedlendlər, yəni, yararsız səhra torpağı əmələ gəlib.

Bunu AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov deyib.

“Qarabağ və Şərqi Zəngəzurun 1984-cü ildən etibarən kosmik şəkilləri var. 1990-cı ilə qədər olan və ondan sonrakı şəkillərin müqayisəsi adamı dəhşətə gətirir. Ağdamda vaxtilə işğalda olan və işğal edilməmiş ərazilərin müqayisəsini apardıq. Çox dəhşətli mənzərə üzə çıxdı. İşğal altında olan ərazilərdə demək olar ki, heç nə yoxdur. Bir-iki ərazidə yaşıllıq yaranmışdı ki, həmin ərazilərdə də ermənilər vaxtilə taxıl əkmişlər. Hazırda bu barədə faktlar əsasında məqalə hazırlayıb beynəlxalq reytinqli jurnallara göndərmişik və qəbul olunub. Bu da səhralaşmadır və ekosistemin bərpası üçün dövlət nə qədər xərc çəkməlidir. Azad edilmiş ərazilərdə işğal dövründə təbiət abidələri xüsusilə də çinar ağacları məhv edilib. Zəngilanda ermənilərin yaşadığı yerlərdə qalan ağaclar da baxımsız, mebel istehsalına yararlı olmayan ağaclar idi. Mebelə yararlı olan ağacları ya yandırmışdılar, ya da kəsmişdilər. Ötən il azad edilmiş ərazilərdən torpaq, süxur, bitki nümunələri götürüb, geokimyəvi tədqiqat apardıq. Bəzi yerlərdə anomal vəziyyətlər müşahidə etdik. Bu il də həmin ərazilərdən nümunə götürüb, analizlər aparacağıq. Əgər nəticələr təkrarlanarsa, deməli, vəziyyət yaxşı deyil. Həmin ərazilər minalardan təmizlənib. Bəzən partladılaraq zərərsizləşdirmə işləri aparılıb. Mina partlayışları torpağa müəyyən təsirlər göstərə, ona müəyyən zəhərli elementlər, ağır metallar keçirə bilir. Bu il də Qarabağ və Şərqi Zəngəzura elmi-tədqiqat məqsədilə səfərlərimiz olacaq. Analiz götürüb, təhlil edəcək və müəyyən nəticələr çıxaracağıq. Azad edilmiş ərazilərin geokimyəvi vəziyyətini əks etdirən xəritə hazırlanmaqdadır. Həmin istiqamətdə xeyli işi görülüb. Bundan başqa, Qarabağ və Şərqi Zəngəzurun ekoloji xəritəsini hazırlamışıq. Bunu da qeyd etmək yerinə düşər ki, azad edilmiş ərazilərdə görülən işləri idarə etmək üçün onun ekosistemi, ekoloji şəbəkəsi hazır olmalıdır”, - deyə M.İsmayılov qeyd edib.

Coğrafiya İnstitutunun şöbə müdiri M. İsmayılovun AZƏRTAC-a müsahibəsi ilə daha ətraflı linkdə tanış ola bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see173

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see146

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see134

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see125

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see125

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see123

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see123

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see122

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri