Nazir müavini: İşğaldan azad edilmiş ərazilərin biomüxtəlifliyinin artırılması diqqət mərkəzində saxlanılır
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Xankəndi, 13 iyun, T.Ağaməmmədov, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərin biomüxtəlifliyinin artırılması diqqət mərkəzində saxlanılır. Biomüxtəlifliyin artırılması və ekosistemin bərpası tədbirlərinə uyğun olaraq, Cəbrayıl rayonu ərazisinə 33 baş ceyran, Laçın rayonu ərazisinə 5 Şahin quşu, 4 baş Şərqi Qafqaz turu, 10 kəklik quşu, eləcə də Kəlbəcər rayonu ərazisinə 3 baş Bezoar keçisi buraxılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Xankəndi şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
“Həmçinin, bu günədək Bəsitçay, Həkəriçay, Köndələnçay və Bərgüşad çaylarına, eləcə də Köndələnçay, Suqovuşan və Xaçınçay su anbarlarına, ümumilikdə, 1,3 milyondan çox qızılxallı forel və çəki cinsli balıq körpələri buraxılıb”, - deyə nazir müavini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 13 İyun 2025 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















