Icma.az
close
up
RU
İşğaldan azad olunan torpaqlardan dünyaya sülh mesajı göndəririk

İşğaldan azad olunan torpaqlardan dünyaya sülh mesajı göndəririk

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İşğaldan azad olunan torpaqlardan dünyaya sülh mesajı göndəririk". Sport24.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov Suqovuşanda başlayan "Prezident Kuboku-2025" turniri barədə jurnalistlərə açıqlamasında deyib.

O, hazırda Suqovuşanda bayram ab-havası olduğunu söyləyib:

"Əvvəllər keçirilən turnirdə cəmi 4 ölkə təmsil olunurdu. Hazırda isə bu say 20-ni ötüb. Bu gün qürur hissi ilə qəhrəman igidlərimizin, canını fəda etmiş şəhidlərin hesabına azad olunmuş torpaqdayıq. Bu torpaqlar 30 il ərzində ermənilərin işğalı altında idi. İndi buradan dünyaya sülh mesajı göndəririk. Bu, böyük idman hadisəsidir, həmçinin bunun öz siyasi çəkisi də var".

Elman Nəsirov gənclərin avarçəkmə yarışına maraqlarının artdığını bildirib:

"Gənclər böyük həvəslə avarçəkmə ilə məşğul olmağa başlayıblar. Bu cür turnirlər sözügedən idman növünə diqqət və marağı bir qədər də artıracaq".

Qeyd edək ki, "Prezident Kuboku-2025" turnirinə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.

Reqata mayın 1-2-də Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sport24.az
archiveBu xəbər 30 Aprel 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri