Elman Nəsirov: “Suqovuşanda belə bir tədbiri keçirməklə dünyaya sülh mesajı göndəririk”
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Son dövrlərdə gənclər arasında avarçəkmə idman növünə maraq artmaqdadır”.
İdman.biz xəbər verir ki, bunu millət vəkili Elman Nəsirov Suqovuşanda başlayan "Prezident Kuboku-2025" beynəlxalq reqatasının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, turnir yüksək səviyyədə təşkil olunub: “Bu gün Suqovuşanda növbəti dəfə beynəlxalq turnir keçirilir. Yadımdadır, bu yarış ilk dəfə keçiriləndə açılış mərasimində mən də iştirak etmişdim. İştirakçı sayına baxdığımız zaman görürük ki, ildən-ilə yarışa maraq artmaqdadır. Qəhrəman igidlərimizin canı hesabına azad olunan Suqovuşanda belə bir tədbiri keçirməklə dünyaya sülh mesajı göndəririk. Bu torpaqlar otuz il erməni işğalı altında olduğu müddətdə dünyaya yalnız separatizm, terrorizm mesajları göndərilirdi. Ona görə də, bu yarış idman hadisəsi olmaqla yanaşı həm də siyasi mənası var”.
Qeyd edək ki, “Prezident Kuboku-2025” beynəlxalq reqatasında 20-dən çox ölkədən 200-dən artıq idmançı iştirak edir. Bu gün Suqovuşanda start götürən yarış mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 30 Aprel 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















