Icma.az
close
up
RU
İşğaldan azad olunmuş bölgələr sürətlə inkişaf etdirilir

İşğaldan azad olunmuş bölgələr sürətlə inkişaf etdirilir

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

1988-ci ildən başlayaraq erməni işğalçı qüvvələrinin hücumlarına beş il ərzində şiddətli müqavimət göstərən Zəngilanın müdafiəsi 1993-cü ilin sonlarında Qubadlı və Cəbrayıl rayonlarının işğalından sonra mümkünsüz oldu.

Axar.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, həmin ilin noyabr ayında tam mühasirəyə düşən Zəngilanın əhalisi üçün yeganə çıxış yolu Araz çayından İran ərazisinə keçmək idi:

“Əks halda, xalqımız ikinci Xocalı faciəsini yaşamalı olacaqdı. 27 il davam edən işğal dövrü ərzində ermənilər qəsb etdikləri digər rayonlar kimi Zəngilanın da təbii sərvətlərini talan etmiş, qiymətli yerüstü və yeraltı sərvətləri daşıyaraq aparmışlar. Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə də zəngin olmuşdur. İşğal dövründə onlarla məscid, ziyarətgah və tarixi-memarlıq abidələri tamamilə dağıdılmışdır. Məlumdur ki, işğala qədər Avropada ən böyük çinar meşəsi də məhz Zəngilan rayonunda idi. İşğal dövründə ermənilər həmin çinarları da doğrayaraq xarici ölkələrə satmışlar”.

Millət vəkili qeyd edib ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərində bütün dünyanın gözü qarşısında möhtəşəm bərpa-quruculuq işləri aparmaqla özünün beynəlxalq nüfuzunu artırmaqdadır:

“Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə başladığı Vətən müharibəsinin gedişində Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayılda 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Oktyabrın 18-də Zəngilanın azad edilməsi uğrunda əməliyyat başlandı. Bundan cəmi iki gün sonra, oktyabrın 20-də Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini bəyan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə bağlı ən mühüm məqamlardan biri də budur ki, həmin əməliyyat nəticəsində Azərbaycan-İran sərhədi də tam bərpa edildi. Bununla da 132 kilometrlik sərhəd zonası yenidən Azərbaycanın nəzarətinə keçdi və bu, əlbəttə, çox böyük nailiyyətdir. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Dövlət başçımızın sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bu gün Azərbaycan altı il bundan əvvəl işğaldan azad etdiyi ərazilərində, o cümlədən Zəngilanda bütün dünyanın gözü qarşısında möhtəşəm bərpa-quruculuq işləri aparmaqla, həmin bölgələri sürətlə inkişaf etdirməklə özünün beynəlxalq nüfuzunu artırmaqda, siyasi-iqtisadi mövqelərini daha da möhkəmləndirməkdədir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://axar.az
archiveBu xəbər 20 Oktyabr 2026 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri